Son illərdə qluten həssaslığı ilə bağlı müzakirələr hər yerdə qarşımıza çıxır. Bəs qluten nədir? Və qlutenə həssaslığmızın olub olmadığını necə bilə bilərik?
Qluten buğda, arpa, çovdar kimi dənli bitkilərdə rast gəlinən bir zülaldır. O, xəmirin elastikliyini artırır və çörəyin daha yumşaq olmasını təmin edir. Lakin bəzi insanlar bu zülalı həzm edə bilmirlər və ciddi narahatlıq yaşayırlar. Qluten həssaslığının əsas əlamətləri
– Qarın ağrısı və ya şişkinlik
– İshal və ya qəbizlik
– Baş ağrısı
– Xroniki yorğunluq
– Oynaqlarda ağrı
– Dəri problemləri
Çölyak xəstəliyi
Çox vaxt Çölyak xəstəliyi ilə qlutenə qarşı həssaslıq qarışdırılır. Çölyak bir autoimmun xəstəlikdir. Bu zaman qluten qəbul etdikdən sonra immun sistemi bağırsaqlara hücum edərək onların zədələnməsinə səbəb olur və bağırsaq divarının zədələnməsi nəticəsində qida maddələrinin sorulması pozulur və çatışmazlığı yaranır. Çölyak xəstəlyinin əsas əlamətləri qarın ağrısı, ishal, çəki itkisi, dəmir çatışmazlığı və zəiflikdir.
Çölyak xəstəliyindən fərqli olaraq, qluten həssaslığında immun sistem birbaşa bağırsaqlara zərər vermir. Lakin qluten qəbul edikdən sonra insanlar qarın ağrısı, şişkinlik, baş ağrısı və yorğunluq kimi simptomlar hiss edə bilirlər. Bu vəziyyət çölyak xəstəliyi diaqnozu qoyulmamış, lakin qlutenə reaksiya verən insanlarda da rast gəlinir.
Diaqnoz necə qoyulur?
- Qlutenli qida qəbulundan sonra yaranan simptomlar dəqiqləşdirilir.
- Anti-tTG və anti-EMA antikorları yoxlanılır.
- Bağırsaqdan nümunə götürülərək mikroskop altında araşdırılır.
- Qlutenli qidalar rasiondan çıxarılır və nəticələr qiymətləndirilir.
Müalicə üsulu
Qluten həssaslığı və ya çölyak xəstəliyi üçün xüsusi dərman müalicəsi aparılmır.Əsas müalicə üsulu qlutensiz pəhrizə keçilir və buğda, arpa çovdar qida rasionundan çıxardılır. Bunun əvəzinə qarabaşaq, düyü, qarğıdalı kimi qlutensiz alternativ qidalar rasiona salınır.
Qluten həsasslığının səbəbi nədir?
Qluten həssaslığının konkret səbəbi tam bilinməsə də, bu vəziyyətin genetik və ətraf mühit faktorları ilə əlaqədar olduğu düşünülür. Bəzi alimlər, son illərdə qida sənayesində aparılan dəyişikliklər — genetik modifikasiya olunmuş buğda və daha çox qluten tərkibli məhsulların istifadəsi kimi faktorların qluten həssaslığının artmasına təsir etdiyini düşünür.
Nilufər Məmmədova
Həkim Mütəxəssis-İnfeksionist
Yazı çox informativdir, amma mən hələ də qluten həssaslığını dəqiq bilmirəm. Bəlkə də qlutenli məhsullardan uzaq durmağa başlamalıyam. Düşünürəm ki, insanlar bunu daha geniş müzakirə etməlidirlər.
Məlumatlar ətraflı olsa da, qluten həssaslığının genetik aspektləri barədə daha çox məlumat verilə bilərdi. Yazıda bu məsələyə yalnız səthi yanaşılır. Həmçinin, qlutenə qarşı həssaslığı olan insanların sayı getdikcə artmaqdadır, amma bunun səbəbləri tam aydın deyil.
Hekim komekcisi kimi is axtariram. Belke kimese lazim olar. Xahis edirem ki, bu reyimi yayimlayasiniz. Tesekkue edirem
Ümumilikdə, yazı qluten və onun insan sağlamlığına təsiri haqqında faydalı məlumatlar təqdim edir. Həssaslıqlar və xəstəliklərin fərqləri aydın şəkildə izah olunub, amma müalicə yolları haqqında daha çox məlumat vermək yazının dəyərini artırardı. Müəllifə təşəkkür edirəm ki, bu aktual mövzunu işıqlandırıb.
Müalicə hissəsində qlutensiz pəhrizin əhəmiyyəti gözəl vurğulanıb. Ancaq bu pəhrizin gündəlik həyatdakı tətbiqi və onunla bağlı çətinliklər də müzakirə oluna bilərdi. Məsələn, qluten tərkibli məhsulların əvəz edilməsi haqqında daha çox praktik məsləhət verilsə, daha faydalı olardı.