1372055000_1371847593_1345540378_bey-gelin

Hər 10 cütlükdən ikisi toy hazırlıqları əsnasında ayrılır

Baxış sayı: 2. 556

Toy əvvəlində ailə əlaqələrində diqqət yetirməniz lazım olan 7 qayda! 

Toy mövsümü başlayıb. Cütüklər hazırlıqlarını davam etdirərkən yaranan narahatlıqları idarə altına almaqda zamanla çətinlik çəkə bilirlər. Bu mənfiliklərin böyük bir qisiminin isə ailə qaynaqlı olduğu gözə dəyir. Hər 10 cütlükdən ikisinin toy hazırlıqları əsnasında ayrıldığını ifadə edilir. Bu müddətdə ailə əlaqələrini krizissiz bir şəkildə idarə edə bilmələri üçün cütlərə bəzi təkliflər verilir.
Evlənəcək olan cütlüklərin müraciət saytı statistikalarına görə, evlənməyə hazırlanan hər 10 cütlükdən ikisinin əlaqəsi bu zaman əsnasında yaşanan narahatlıqlara bağlı olaraq ayrılıqla nəticələnir. Belə mənfi vəziyyətlərə fürsət verməmək üçün cütlükləri evlilik həyatına daxil olmadan əvvəl, ailə içində yaşana biləcək mənfiliklərə qarşı xəbərdar edilməsi lazım olanları sıraladı. Bu siyahıyla cütlüklər, stresli toy dövrünü ən az ziyanla sovuşduracaq!Qayınananıza qarşı anlayışlı olun!
Həm gəlin həm də kürəkən namizədləri üçün anaları qiymətlidir. Onlara isti yaxınlaşdığınızda geri dönüşləri də eyni şəkildə ala bilərsiniz. Dediyi ən mənfi sözləri belə sakit qarşılayaraq, yaxşı niyyətinizi ona da hiss etdirin.Öz ananıza anlayışlı davranın!
Bu dövrlərdə ananızın gərəksiz küsəyənlikləri və ya istəkləri ola bilər. Ona anlayışlı davranın və sizə çox düşkün olduğu üçün belə davrandığını unutmayın.Onlara qarşı jestlər edin!
Toy müddəti yalnız sizin üçün deyil, bütün ailə üçün gərgin bir dövrdür. İçəridəki bu stresli mühiti yox etmək üçün ailə fərdlərinə kiçik sürprizlər edə bilərsiniz. Məsələn; qayınananıza ən sevdiyi tortu almaq və ya qayınatanıza ən xoşlandığı yeməyi hazırlamaq, onların əhvalını yüksəldəcək.

Fikirlərini soruşun!
Ailə böyüklərinin ən çox incidikləri nöqtə, gəlin və kürəkən namizədlərinin hazırlıqları onlara məsləhətləşmədən davam etdirməsidir. Buna görə “tətbiq etməyəcək olsanız belə” onlara nə düşündüklərini soruşun. Beləcə sizə də onların təcrübələrindən faydalanma fürsəti də doğular.

Qiymətli olduqlarını hiss etdirin!
Əlbəttə ailənizdəki hər kəs sizin üçün qiymətlidir. Amma toy müddətində bunu bir az daha hiss etməyə ehtiyacları var. Toy hazırlıqları üçün vəzifə paylaşımı edərək bu problemi də yüngülləşdirə bilərsiniz. Bu, həm ailə içi tarazlıqları təmin edərək özlərini qiymətli hiss etmələrini təmin edər, həm də sizin yükünüzü yüngülləşdirər. Unutmayın, əsl problem dəyərsiz hiss edincə yaranar.

Qərarlarınızı ailənizə doğru bir şəkildə izah edin!
Toy stresinin yaratdığı gərginliklə hərəkət etməyin. Cütlük olaraq birlikdə verdiyiniz qərarları, aydın olacaq şəkildə bütün ailənizə izah edin. Beləcə onlar da sizin artıq bir ailə olmağa başladığınızı qavrayaraq, sizə daha fərqli bir gözlə baxmağa başlayacaq.
Sizə soruşmadan aldıqları əşyaları bəyənmədiyinizi bildirməyin!
Hər kəsin zövqü fərqlidir. Ananızın ya da qayınananızın cehiziniz üçün aldıqları da mütləq öz zövqlərinə görə olacaq. Bu səbəblə, siz bəyənməsinizsə belə bunu bildirməyin. Yalnız onlara hiss etdirmədən paketin içində dəyişdirmə kartı olub olmadığına baxın, kifayət edər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir