hamile

Hamilələr üçün 10 QIZIL QAYDA

Baxış sayı: 1. 815

“Gencaile.az” Aile.lent.az-a istinadən ana olmağa hazırlaşan qadınlar üçün hamiləlik zamanı diqqət etməli olduqları 10 qızıl qaydanı təqdim edir.

İdman

Hamiləlik zamanı idman etmənin bir çox faydası var. Ancaq bu idmanların sizi həddən çox yormamasına diqqət etməlisiz. Böyük enejiyə ehtiyac duyulacaq doğuş anına ananın tam hazır olması lazımdır. Buna görə hər gün açıq və təmiz havada gəzin. Uzun gəzintilərin faydası yoxdir. Ani və kəskin hərəkətdən, ağırlıq qaldırmaqdan uzaq durun.

Kilo almaq

Hamiləlik boyunca çəkinizə xüsusi diqqət yetirməlisiniz. Ümumi olaraq hamiləlik zamanı əvvəlki çəkidən 9–12.5 kq artıq alınması normaldır.

20-26-cı hamiləlik həftəsinə qədər də 2-2.5 kq almaq idealdır.

İş həyatı

Yorğunluq verən və fiziki baxımdan aktiv işlər erkən doğuş riski törədə bilər.

Səyahət

Qısa səyahətlər edə bilərsiz. Uzun səyahət zamanı hər iki saatdan bir piyada gəzmək lazımdır. Təyyarə ilə səyahət zamanı isə qoruyucu kəmərdən istifadə etmədən arxaya uzanıb rahat otura bilərsiniz.

Duş

Duş alarkən suyun çox isti və çox soyuq olmamasına diqqət edin. İrəli dövrlərdə ayağı sürüşmə, yıxılma ehtimalları olduğundan ehtiyatlı olun. Hamiləlik zamanı üzmənin heç bir ziyanı yoxdur.

Geyim

Geydiyiniz geyimlər praktik və rahat olmalıdır. Korset, sıx elastik corab istifadə etməyin. Dikdaban ayaqqabılar yıxılma təhlükəsini artırdığı üçün düz, rahat ayaqqabılar geyinin.

Bağırsaq hərəkətləri

Hamiləlik zamanı qəbizlik halı yaşaya bilərsiniz. Gündə bir dəfə tualetə getməyi vərdiş edin. Meyvə, tərəvəz çox yeyin. Su için, sadə bağırsaq hərəkətləri edin.

Cinsi yaxınlıq

Hamiləliyin son bir ayı istisna olmaqla qalan aylarda cinsi yaxınlığın narahatlığı yoxdur. Ancaq qanama və erkən doğuş riski varsa, cinsi yaxınlıqdan çəkinin.

Sinə və qarına qulluq

Çox çəki almaq döş və qarın bölgəsində çatların yaranmasına səbəb olur. Kremlərdən istifadə edərək qulluq edin.

Ağız və diş baxımı

Hələ hamilə olmadan əvvəl çürük dişlərinizi mütləq müalicə elətdirin. Hər yeməkdən sonra dişlərinizin arasını diş ipi ilə təmizləməniz, dişlərinizi fırçalamanız faydalıdır. Hamiləliyin 4-cü ayından etibarən dişlərdə həssaslıq, diş ətində şişmə meydana gələ bilər. 1 stəkan suya 1 çay qaşığı duz və 7-8 damcı limon sıxaraq hazırlanan maye ilə dişlərinizi qarqara edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir