yemek

Orqanizmin sizə ötürdüyü amma sizin eşitmədiyiniz 7 SOS siqnalı

Baxış sayı: 2. 312

Orqanizmimiz tez-tez bizə ilk mərhələdə sağlamlığımızda yaranmış potensial problem haqqında məlumat verir. Amma biz bu siqnalları qulaqardı edirik. Nəticədə isə yaranan xəstəliklərlə mübarizə aparmalı oluruq. Odur ki, orqanizmin bizə ötürdüyü və bizim qulaqardı etdiyimiz 7 SOS siqnalı haqqında sizə də məlumat veririk ki, tədbirli olasınız.

Dəridə yaranan quruluq hissi

Yəqin ki, sizdə də dərinizdə quruluq olur və bu problemi nəmləndirici kremlərlə aradan götürməyə çalışırsınız. Amma bu kremlər keçici təsir bağışlayır. Problemin kökündən həll yolu E vitaminindən keçir. Çünki bu quruluq hissi E vitamini çatışmadıqda baş verir. Nəticədə isə dərinin erkən yaşlanması, metabolik pozğunluq, cinsi hormonların ifrazının azalması, yaddaş və görmə qabiliyyətinin zəifləməsi kimi problemlər yaranır. Buna görə də, təcili olaraq rasionunuza yağlı balıq və bitki yağları əlavə etməlisiniz.

Qırılan dırnaqlar

Əgər son vaxtlar dırnaqlarınızın qırılması hallarına tez-tez rast gəlirsinizsə, deməli, sizdə B vitamini kompleksi çatmır. Bu kompleks vitamin çatışmadıqda isə həm də, yuxusuzluq, sinir sisteminin pozulması, dərinin qabıqlanması problemləri da olur. Xəstəlik daha da irəlilədikdə mədə-bağırsaq və ürəkdə də problemləriniz ola bilər. Bu qrup vitaminlər çoxlu miqdarda qaraciyərdə, pivə mayasında və yaşıl tərəvəzlərdə rast gəlinir.

Diş əti qanaxması

Bu periodontal xəstəliyin müalicəsi elə də, asan deyil. Bunun üçün diş həkiminə müraciət etməkdə fayda var. Əsasən, C və PP (gündəlik) vitamini çatışmadıqda damaqda qanaxmalar olur. Bu problemi aradan qaldırmaq üçün sitrus meyvələri, moruq, qarağat, ərik və albalı yeyin.

Əzələnin boşalması

Əzələdə problemlər, boşalmalar olduqda, deməli, orqanizminizdə ürəyiniz üçün problem yaradacaq maqnezium və kalium çatışmazlığı yaşanır. Siqanala müsbət cavab vermək üçün çoxlu-çoxlu yemiş, qaysı, ərik və ya bu vitaminlərlə zəngin xüsusi qidalar qəbul edin.

Duz çatışmazlığı

Əslində duzu rasiondan çıxarmaqda fayda var. Amma ondan cuzi miqdarda qəbul etmək lazımdır. Çünki duz çatışmazsa orqanizmdə uroloqa getməli olarsınız.

Şəkər çatışmazlığı

Əgər siz şəkərdən ümumiyyətlə imtina etsəniz sinir sisteminizdə problem yaranar və stress yaşayarsınız. Nadir hallarda bədən özü tələb edir ki, ona şəkər lazımdır. Bu halda özünüzə şokolad, bal yeməyə icazə verin.

Turşuluğun çoxluğu

Bunu yalnız qaraciyər sizə xəbər verə bilər. Turşuluğu azaltmaq üçün kələm, lobya, yumurta, avokado, dəniz məhsullarından ibarət pəhriz saxlayın. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir