Nermine Abbasova

Nərminə Abbasova: “Onlar hətta donmadan sonra da xəstəliyi inkişaf etdirmək qabiliyyətinə malikdirlər”

Baxış sayı: 540

“Ayaq dərisinin və dırnaqlarının göbələk xəstəlikləri insanın infeksion xəstəlikləri qrupuna aiddirlər. Göbələk infeksiyaları (mikozalar) müxtəlif olurlar, lakin dəri və dırnaqları zədələyən mikozlar ən çox yayılmışlarıdır. Bu infeksion xəstəlik insandan insana keçir”.

Göbələk xəstəlikləri ilə bağlı oxucularımızı məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova xəstəliyin yaranma və çoxalma mühitindən də söz edib.

Göbələklərin neytral və ya zəif qələvilik mühitində çoxaldığını vurğulayan Nərminə xanım bildirib ki, göbələklərin əmələ gəlməsi üçün PH göstəricisinin 6 – 6.7 olması münasibdir:

“Qeyd etmək lazımdır ki, sağlam insanın dərisinin PH səviyyəsi 5.5 dir. Belə ki, turş mühit göbələklər üçün əlverişli deyil. Artıq tərləmə göbələk riskini artırır, dəri örtüyünün qapalı yerlərində tərin buxarlanması çətinləşir və bu nəm mühitdə göbələklər əmələ gəlir. Göbələklər aşağı dərəcələri asanlıqla keçirirlər. Onlar hətta donmadan sonra da xəstəliyi inkişaf etdirmək qabiliyyətinə malikdirlər”.
Göbələklərin əmələ gəlməsinin və çoxalmasının rütubətli mühitdə baş verdiyini qeyd edən həkim-terapevtin sözlərinə görə, buna görə artıq tərləmə və yaş ayaqqabılar göbələk xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbləridir:

 

 

“Ayağın göbələk infeksiyasına tutulmasının əsas faktorları üzgüçülük basseynləri və ictimayi hamamlardır. Beləki onların nəm döşəmələrində göbələklərin mövcudluğu üçün münasib şərait var. Zədələnmiş dəridən qopan quru tük və qabığlarda göbələklər illərlə yaşama qabiliyyətini saxlayırlar. Misal üçün bunlar yerdə, xalçalarda, paltarlarda və ayaqqabılarda illərlə qalsalar, sonradan münbit şəraitə, insan dərisinə düşərək yenidən çoxalma və artma qabiliyyətinə malik olurlar və xəstlənməni təhrik edirlər. Göbələklər qurulamanı yaxşı keçirirlər. Bu onları öldürmür, sadəcə bir müddətlik onların inkişafının və çoxalmasının qarşısını alır”.

Nərminə xanımın sözlərinə görə, göbələk xəstəlikləri əsasən böyüklərdə baş verir və əsas səbəblərdən biri kimi də dərinin PH səviyyəsinin yaşlandıqca dəyişilməsi, epidermis qatının qalınlığı və strukturunun dəyişməsi, dərinin immun qorunmasının zəifləməsi ilə əlaqəlidir. Həkim deyir ki, göbələk xəstəliklərinin əmələ gəlməsində piylənmə, şəkər xəstəliyi, böyrək üstü vəzi xəstəliyi, qalxanvari vəzin xəstəliyi, mədə-bağırsaq xəstəliklərilə müşahidə olunan maddələr mübadiləsinin dəyişilməsinin böyük əhəmiyyəti var.

Dırnaq göbələklərindən söz edən həkim-terapevt bildirdi ki, dırnaq göbələyi insandan insana keçən göbələk xəstəliklərini təhrik edir. Onun sözlərinə görə, adətən dırnaqların göbələk xəstəliklərinə yoluxması ayaqqabılardan və digər məişət əşyalarından ümumi istifadə zamanı baş verir. Eyni dərəcədə yoluxmalar ictimai yerlərdə – hamamlarda, sauna, idman zalları və baseynlərdə yayılır:

 

 

“Dırnaq göbələkləri çox dözümlü infeksiyadır və bir müddətdən sonra dırnağın bütün hissələrini zədələyir, məhv edir. Sonra digər dırnaqlara və ya dəriyə keçir. Dırnaq göbələyi bədənin digər hissələrinin yoluxmasının səbəbidir. Hətta dırnaq göbələklərinin bütün mənbələri müalicə olunsa, bir dənə də olsa görünməyən yoluxma mənbəyindən dırnaqlarda yenidən göbələklər əmələ gələ bilər. Dırnaq göbələklərinin xarici əlamətləri – dırnaq rənginin dəyişilməsi, onların qalınlaşmasıdır. Dırnaq göbələyi onları ağ, boz, sarı, qəhvəyi və bəzən də qara və yaşıl rənglərə bürüyür”.

Ayaq göbələyinə gəlincə, Nərminə xanım qeyd etdi ki, ayaq göbələyi zəhərli maddələri sintezləşdirir. Bu da o deməkdir ki, orqanizmdə toksinlər yığılır:

 

 

“Pəncə göbələyinə yoluxmuş insandan bu xəstəliyə yoluxmaq mümkündür. Bu infeksiyalar ətrafdakılar üçün və birinci növbədə ailə üzvləri üçün manikür, pedikur əşyaları, dəsmal, ayaqqabı, corab yoluxma üçün vasitədir. İctimai yerlərdə – üzgüçülüz hovuzları, idman zalları, soyunma otaqları, sauna kimi yerlərdə isə yoluxmuş dəri qabıqları yaş yerə düşərək digər insanların dərisinə asanlıqla keçir. Həmçinin pəncə göbələyi ayaqda qan dövranı pozuntusundan, artıq çəkidən və pəncənin deformasiyasından əziyyət çəkənlərdə də mümkündür”.

Həkim deyir ki, yüksək temperaturlar göbələklər üçün təhlükəlidir. Belə ki 75 dərəcədə rütubətləndirici hərarət 15 dəqiqədən sonra göbələkləri məhv edir:

 

 

“Qaynadılma zamanı göbələklər 3-5 dəqiqəyə ölürlər. Bunun üçün yüksək hərarət göbələk xəstəliyi zamanı dezinfeksiya üsulu kimi istifadə oluna bilər. Mən müalicə zamanı və sonra dəriyə toxunan paltarları qaynatmağı və isti ütü ilə ütüləməyi məsləhət görürəm. 1 % formalin məhlulunda göbələklər 15-20 dəqiqəyə məhv olurlar. Xloramin məhlulunda göbələklərin ölümü 30-40 dəqiqəyə baş verir”.

 

N.Abbasova vurğuladı ki, ən əsası həkimə vaxtında müraciət etmək lazımdır:

“Əsas məsləhətim budur ki, kremlər və dərmanlar sürtmək istisna olmaqla, müalicə zamanı göbələkdən tam müalicə olunandan sonra ayaqları quru saxlasınlar”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir