cv

Hansı 4 sözü CV-də MÜTLƏQ işlətməlisiniz?

Baxış sayı: 823

CV yazmağınızı asanlaşdırmaq üçün əvvəlcə bir neçə sualı cavablandırın:

· İşləmə üslubum necədir?

· Düşüncə tərzim necədir?

· Hədəflərim nələrdir?

· Artıq nəyə nail olmuşam?

· Mən nə istəyirəm?

 

Sonra isə mətnə keçin. Şəxsiyyətinizi, bacarıqlarınızı, təcrübənizi və nailiyyətlərinizi təsvir etmək üçün inandırıcı sözlərdən istifadə edin. “Work.ua” CV-nizdə qeyd etməli olduğunuz 4 feli araşdırıb. Bu felləri şəxsi nümunələrinizlə açıqlayın.

 

Təkmilləşdirmişəm

Yəqin ki, əvvəlki iş yerlərinizdə müxtəlif proseslərə təsir etmisiniz, onları daha yaxşı, daha sürətli və daha keyfiyyətli hala gətirmisiniz. Xatırlayın.

 

Tətbiq etdim

Müəssisədə və ya istehsalatda mövcud olan prosesləri yaxşılaşdırmaqla yanaşı, müəyyən yeniliklər də tətbiq etmisinizsə, bunu CV-də yazın. Tətbiq etdiyiniz şey cüzi olsa belə işçilər və ya müştərilər üçün işi daha yaxşı hala gətiribsə, vurğulamağa dəyər.

Bu 4 sözü CV-də MÜTLƏQ işlətməlisiniz

Artırdım

Burada siz KPI (Key Performance Indicators — Əsas fəaliyyət göstəriciləri) barədə qeydlər etməlisiniz. Fakt və rəqəmlərdən istifadə etməyi unutmayın. Müqayisələrdən istifadə etmək də arzuolunandır: belə idi — belə oldu.

Konkret göstəricilər, nəticələr, statistika və s. nailiyyətlərinizi lakonik təsvir etməyin ən yaxşı yoludur. Bu üsul sizi digər insanların və özünün vaxtını dəyərləndirən bir insan kimi də xarakterizə edir.

 

Azaltdım, minimallaşdırdım

Bəzən bir şeyi azaltmaq da çox yaxşıdır. Məsələn, müəssisənin hüquqi və ya maliyyə, borclar kimi risklərini. İş təcrübənizdə oxşar nümunələr varsa, bunları göstərməyi unutmayın.

Təbii ki, CV-də özünüzü ən uyğun namizəd kimi qələmə vermək üçün çox mübaliğələrə yol verirsiniz. Təcrübə keçdiyiniz şirkətlər, ixtisasartırma kursları, qazandığınız müxtəlif bacarıqlar barədə qeydləri və etdiyiniz hərəkət, onun müsbət nəticəsini faktlar və məntiqlə əlaqələndirin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir