Stroganoff

“Stroganoff”u belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 846

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə oxucularımızı İtaliya mətbəxinin xüsusi yeməklərindən olan “Stroganoff”un resepti ilə tanış edəcəyik.

 

Tərkibi:

500 qr toyuğun sinə əti, 500 qr göbələk, 300 qr qaymaq, 100 qr xiyar turşusu, 2 ədəd orta boy soğan, bitki yağı, duz, istiot.

 

Hazırlanma qaydası:

Toyuğun döş ətini, göbələyi, soğanı və xiyar turşusunu eyni boyda doğrayırıq. Sonra tavaya bitki yağını və soğanı əlavə edirik. Soğanlar qızardıqdan sonra üzərinə göbələyi əlavə edirik. Daha sonra toyuğun sinə ətini qızardırıq. Toyuq qızarana yaxın duzunu və istiotunu tökürük. Sonra turşu xiyar, göbələk və soğan əlavə edilir. Hamısını birlikdə 3-4 dəqiqə qarışdırıb qaymağı əlavə edirik. Bir az ocaqda saxlayıb götürürük. Süfrəyə verilərkən düyü və ya kartof püresi ilə birlikdə serviz etmək olar.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir