yemek

“Harda nə yeyək?” – ALBANİYA MƏTBƏXİ

Baxış sayı: 1. 546

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə Albaniya kulinariyası haqda məlumat verəcəyik.

 

Albanların milli mətbəxi Aralıq dənizi mətbəxlərinə aid olduğundan, İtaliya və Türkiyə mətbəxinin təsiri altında formalaşmışdır. Alban mətbəxi qara istiot kimi ədviyyatların, həmçinin ət və balığın hazırlanmasında istifadə edilən qaraqınıq, nanə, reyhan və rozmarin kimi Aralıq dənizi otlarının istifadəsi ilə səciyyələnir, istiot çili və sarımsaq da bəzən istifadə olunur.

Tərəvəz demək olar ki, istənilən yeməkdə istifadə olunur. Adətən bütün tərəvəzlər ölkənin Aralıq Dənizi regionlarında yetişdirilir və yerli bazarlarda satılır.

addasall

Albanların yemək süfrəsində ağ çörək və ya qarğıdalı çörəyi həmişə alban masasının üstündə olur. Ümumiyyətlə, çörək alban mədəniyyətində xüsusi yer tutur  və alban dillində “yemək yeməyə getmək” kəlməsi “çörək yeməyə getmək” (për të ngrënë bukë) kimi səslənir.

lezzetesintileri

Albanların gün ərzində ən önəmli yeməyi lançdır. Bu yemək pörtlədilmiş ətlə yanaşı, pomidor, xiyar, yaşıl istiot və avropa zeytunu kimi müxtəlif  tərəvəzlərlə bişirilir. Həmçinin, ona duz, zeytun yağı, sirkə və ya limon suyu vurulur.

 

Ətlə yanaşı, süd məhsulları mətbəxin ayrılmaz tərkib hissəsidir və bir qayda olaraq çörək və rakia kimi spirtli içkilərlə yeyilir. İçki demişkən, yerli əhali daha çox kustar üsullarla hazırlanan spirtli içkilərdən istifadə edir ki, bu baxımdan da tutdan hazırlanan araq xüsusi yer tutur.

 

Hazırladı: Aydan Kərimli

Image result for arnavut yemekleri

Image result for arnavut yemekleri

Related image




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir