“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə ləzzətli və restoran üslubunda hazırlanan Medalyon yeməyinin hazırlanmasından bəhs edəcəyik. Ədviyyatlarla marinad olunan yumşaq can əti, tərəvəzli düyü qarniri və xüsusi sousların harmoniyası bu yeməyə fərqli dad qatır. Hazırlanması həm rahat, həm də təqdimatı ilə iştah açan bu resept süfrələrinizin favoritinə çevrilə bilər.
Ərzaqlar:
Can əti – 150 qr.
Duz istiot, keşniş tumu, kəklikotu, zeytun yağı zövqə görə.
Qarnir üçün:
Düyü – 150 qr.
Kök – 1 ədəd
Bibər – 0,5 ədəd
Qırmızı soğan – 1 ədəd
Sous:
Barbekü
Mamaseto
Çili

Hazırlanması:
Can əti doğranılır, üzərinə ədviyatlar və zeytun yağı vurulub, 1 saat kənarda saxlanılır. Sonra tavada yağ əlavə edilmədən qızardılır. Başka tavaya düyü, xırda doğranmış bibər, sürtgəcdən keçirilmiş kök, qırmızı soğan əlavə edilib, yumuşalana qədər bişirilir.










































































































































































