İnsanın iş həyatı ilə əlaqədar xasiyyəti haqqında təsəvvür əldə etmək üçün Levinsonun aşağıdakı testindən istifadə etmək olar. Siz də bu testdən keçin. Aşağıdakı suallara verdiyimiz müsbət cavabları hesablayın.
1-Tənqid edərkən səhv edənin “başına ağıl qoymağa” cəhd edirsiniz, yoxsa elə, “qamçılamağa” çalışırsınız ki, özünə gələ bilməsin?
2-Sizin təşkilatda baş verən nə varsa hamısına tam nəzarət etməyə ehtiyac duyursunuzmu?
3-Bütün tədbirlər üçün sizdən icazə alınmasını tələb edirsinizmi?
4- İş yerində gülərüz insansınızmı? İclaslarda çıxışlarınız çoxmu uzun çəkir?
5-Rəqibin dəlillərini rədd eləmək üçün ona tələsik hücum etməyə vərdiş etmisinizmi?
6-Ətrafdakılar öz fikirlərini sizinlə müzakirə etməkdən çəkinirlərmi?
7-Mübahisəyə ehtiyac duyursunuzmu? İstənilən mövzuda müzakirəyə tezmi girişirsiniz?
8-Yüksək mövqeyin və hakimiyyətin zahiri əlamətləri sizin üçün çoxmu önəmlidir?
9-Sizə verilən vəzifə səlahiyyətini və ya hökmranlığı, başqasına təqdim etməyə həvəsləmi razı olursunuz?
10-Uğursuzluqda nəyin bahasına olur olsun məsuliyyətdən yaxa qurtarmağa çalışırsınızmı?
11-Öz fəaliyyətinizdən danışanda “mən” əvəzliyindən tez-tezmi istifadə edirsiz?
12-Adamlar sizin haqqınızda çox soyuq və ehtiyatlamı danışırlar?
13-Həmkarlarınızdan və rütbəli yoldaşlarınızdan daha səriştəli olduğunuzu düşünüb bunu onların diqqətinə çatdırmağa çalışırsınızmı?
Heç olmasa 3 suala müsbət cavab verilərsə xasiyyətinizin bəzi cəhətlərinin ətrafdakılar tərəfindən o qədər asan qəbul edilmədiyi barədə düşünmək lazımdır.
Əgər 6 müsbət cavab verilərsə, bu o deməkdir ki, sizin həmkarlarınızla münasibətiniz düşündüyünüzdən daha gərgindir.
Çoxlu sayda müsbət cavab olduqda öz xasiyyətiniz haqda ciddi düşünməlisiniz.
/azvision.az/