Startup

İşinizi atmadan öz Startupınızı qurmaq üçün 10 SƏBƏB

Baxış sayı: 923

Startupların uğursuzluq səviyyəsinin xeyli yüksək olduğu günümüzdə, işinizdən çıxma qərarı olduqca risklidir. Bu yazıda öz işinizdən çıxmadan necə öz startupnızı qurabiləcəyiniz mövzusunda məsləhətlər verəcəyik.

Heç bir zaman uğurlu bir startup başlatmaq üçün öz işinizi atmalısız kimi bir şərt olmayıb. Ailənizin qarajına, dostunuzun evinə yerləşin və məhsulunuz ortaya çıxana qədər az yatın.

Əlbəttə ki, iş saatlarınızdan əlavə bir də gecələri işləmək, bütün enerjinizi bir problemi həll etməyə yönəltmək çətin bir işdir, ancaq startup uğursuzluqlarının  80% olduğunu nəzərə alarsaq, işdən çıxmamağınız daha məsləhətlidir.

Məqalənin davamında həm tam ştat bir işdə çalışıb, həm də öz startupınızı uğurla davam etdirməniz üçün sizə yardım edə biləcək bəzi önəmli hissələri sizinlə paylaşacağıq.

 

Ofis şəraiti sizi ilhamlandıra bilər

Paul Graham “ Startup fikirləri necə tapılır?” başlıqlı bir yazısında başqa insanların problemlərinin nə ola biləcəyini düşünmək yerinə ilk özünüz təcrübə etdiyiniz problemlərə yönəlmənyinizi tövsiyə edir. Əlbəttə, bu problemləri bir qarajda təcrübə etməyiniz çətin ola bilər, amma çalışdığınız ofis abu-havasında isə bunlar yavaş-yavaş sizə asan gəlməyə başlayacaq. Bu problemləri çox daha yaxşı başa düşəcəksiniz və bu vəziyyət sizin doğru cavablar tapmağınıza kömək edəcək.

 

Təcrübə qazanacaqsınız

Bir işi idarə etmək çətindir, ancaq onun fərqli tərəflərini öyrəndikcə isə işiniz daha da asanlaşacaq. Okeana tullanıb, nə vaxtsa üzməyi öyrənəcəyinizin xəyalını qurmaq yerinə, bunun üçün hazırlaşma fürsətinə sahib ola bilərsiz. Əgər yaxşı bir şirkətdə işləyirsinizsə, idarəçilik, liderlik, ticarət, maliyyə kimi mövzularda bilmədiyiniz bir çox şeyi öyrənmə şansına sahib olursunuz. Bir iş idarə edərkən nə etməli olduğunuz müşahidə edə və bunlardan dərs çıxara bilərsiniz.

Digərləri ilə əlaqədə qalmağa davam edə bilərsiniz

İş yoldaşlarınızla bugün qurduğunuz əlaqələr hər hansısa bir şirkətdə sizin çalışma müddətinizi uzadacaq. Güclü və mənalı əlaqələr quraraq, əslində özünüzü gələcəkdəki bir çox fürsətə hazırlamış olursuz. Bunlar güvəndiyiniz insanları işə götürmək və ya çox da yaxşı bilmədiyiniz mövzularda birindən sürətli bir tövsiyə istəmək kimi şans yarada bilər. Əgər onlarla ünsiyyət qurmaq üçün güc sərf etsəz, bu istedadlı insan qrupu sizə kömək etməyə hər zaman hazır olacaqdır.

 

 

Tərəf müqabilinizi tapın

İş şəraiti, iş yoldaşlarınızı ortaq bir təcrübəyə atılmazdan əvvəl profesional mənada tanıma şansı təqdim etdiyindən tərəf müqabilinizi tapmaq üçün möhtəşəm bir yerdir. Sinif yoldaşlarınız və ya yaxın dostlarınızın əksinə, ofisdə iş yoldaşlarınızın bağlılıqlarını və qabiliyyətlərini dəyərləndirə biləcəyiniz vəziyyətlərdə bərabər işləmə fürsəti əldə etdiyinizdən, sizin həll edə bilmədiyiniz bir problemin öhdəsindən gəlib-gələ bilmiyəcəyini və sizi tamamlayıb-tamamlıya bilməyəcəyindən əmin olursunuz.

 

İş yerinizdəki mənbələrdən yararlana bilərsiz

İş yoldaşlarınızın sizə uzaq olan mövzularda təcrübəli olduqlarını düşünmək məntiqlidir və bu öz şirkətinizi yaradarkən sizin üçün yararlı ola bilər. Bu profesionallar sizin üçün hazır mənbələrdir. İş yoldaşlarınızdan tövsiyə istəyərək, məlumat sahibi olmadığınız mövzularda belə problemlərin öhdəsindən asanlıqla gələ bilərsiz. Əgər startupınız üçün bir websayt dizayn etmək istəyirsinizsə, şirkətinizin qrafik dizaynerindən tövsiyə istəyin. Öz şirkətinizi qurmaq üçün etməli olduğunuzlarından əmin deyilsiz? Maliyyə departamentindən birinə kofe içib- içmədiyini soruşun. Və bu qədər asan.

 

Potensial müştərilərlə tanış ola bilərsiniz

Bu mövzuda sizin iş saatları xaricində etdiklərinizin müdirin mənfəətləri ilə toqquşmadığından əmin olun. Əgər toqquşmursa və sizin məhsulunuz müdirin işinə yarayırsa, ilk müştərinizi tapdınız artıq! Həll yollarınızı müdirinizə satmaq düşündüyünüzdən daha asandır. Şirkətiniz sizin istehsal etdiklərinizə daha meyilli olacaqdır, çünki bu məhsulları özləri istehsal etdiklərində sərf etdikləri qədər çox pul xərcləməyəcəklər və məhsulunuz bir şəkildə onların ehtiyyaclarını qarşılayacaq. Bütün bunlardan əlavə, bir şeylər tərs gedəndə kömək axtarmaqda da vaxt itirmiyəcəklər.

 

Dərhal məsləhət ala bilərsiz

Hər zaman iş yoldaşlarınızın anlıq məsləhətlərinə güvənə bilərsiz.

Avtomatik paylaşım kanalına sahib olma şansınız var

Əgər sizin həlliniz müdirinizin müştərilərinin ehtiyyaclarını qarşılıyırsa, onlar sizin də istifadəçiniz ola bilər. Təbii ki, bu mövzunu əvvəlcə müdiriniz ilə danışmalısınız. Məhsulunuzu onlara satmaq üçün razılaşmaq olduqca asandır. Bu mövzuda yaradıcılığınızdanda istifadə edə bilərsiz. Əgər müdiriniz sizin həllinizi alıcılarla iş birliyi içərisində olma niyyəti ilə istifadə edirsə, alıcıları məshsulunuz üzərindən şirkətin tərkibinə qatmaq üçün yollar tapa bilərsiz.

 

Maliyyə dəstəyi ala bilərsiz

Müdirinizin, startupınızı maliyyə baxımından dəstəkləməsi üçün razılaşa bilərsiz. Bankların əksinə müdiriniz sizin kim olduğunuzu və nələr etdiyinizi bilir və ayrıca böyük bir ehtimalla məhsulunuzda onların məşğul olduğu sahəylə əlaqəlidir. Xüsusilə iş yerində qarşılaşdığınız bir problemə yönəlmiş bir həll tapmısınızsa.

 

Sığortalı bir əlaqələriniz olacaq

Statistikaya əsasən danışsaq, şansı sizin əleyhinizədir. Bu vəziyyəti nə görməməzlikdən gəlməlisiniz, nə də sizin əhval-ruhiyyənizi korlamağa icazə verməlisiniz. Bir çox startupçı uğur əldə etməmişdən qabaq bir neçə dəfə sınamışdır. Əslinə baxsaz, bu yaxşı bir şeydir, çünki hər uğursuzluq bir sonrakı sınağınızda istifadə edə biləcəkləri təcrübələr qazandırmışdır. İşin doğrusu, bir startup qurmağa çalışarkən, eyni zamanda tam ştat işdə işləmək çətindir, amma çəkicidir. Çünki ən etibarlısı budur. Əgər uğursuz olarsızsa, çox daha tez özününü toplaya bilər, ayağa qalxmağınız və enerji toplamağınız üçün lazım olan enerjiyə sahib ola bilərsiz.

Şişirdilmiş medianın əksinə, bir qaraj proyekti və ya uğurlu bir şirkət yaratmaq bir vaciblik deyildir. İndidən ehtiyyacınız olan hər şeyə sahibsiniz və bunlar tamamilə risksizdir. İşdən çıxarılma məktubunuzu imzalayıb, ofisdən qaçmadan əvvəl bir düşünün.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir