kirve

Kirvənin qızı ilə evlənmək olarmı?

Baxış sayı: 3. 544

Bilməyənlər üçün xatırladaq ki, Kirvə uşaq sünnət olunarkən onu tutan adama deyirlər. Yəni həmin adam uşağı qucağında saxlayır, dəllək isə lazmi proseduru həyata keçirir.

Bəzən hesab edirlər ki, kirvənin qızı ilə evlənmək dini baxımından qəbul olunmur. Ölkəmizdə yəqin ki, kirvə qızı ilə evlənən adam tapmaq olduqca çətin olar. Ancaq deyək ki, islamda belə bir qadağadan bəhs olunmur.

Dini mənbələrin məlumatına görə, İslam dinində kirvəlik anlayışı yoxdur. Kirvəlik və kirvə tutmaq adət-ənənədən irəli gələn bir haldır. Kirvə oğlan uşağı sünnət edildiyi vaxt onu qucağına alır, əl və ayaqlarını tutur və beləcə, uşağı sünnət edən həkim-dəlləyin işini asanlıqla görməyinə kömək edir.

Məlumdur ki, İslam dininə əsasən aşağıdakılarla evlənmək haramdır:

“Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.” (Nisa, 4/23)

Bu ayədə sadalananların arasında kirvənin qızı yoxdur. Yuxarıda qeyd etdik ki, İslamda kirvəlik deyilən bir şey yoxdur. Odur ki, kirvə kirvəsi olduğu uşağın evinə gəldiyi vaxt onun bacılarına və anasına qarşı naməhrəm hesab olunur. Yəni, yad bir kişi hökmündədir.

Odur ki, kirvənin qızı və kirvənin tutduğu oğlan evlənə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir