kisi-qadin

Kişilər gözəl qadınlardan niyə qorxur? – ARAŞDIRMA

Baxış sayı: 507

Məlum olduğu kimi, insanlar haqqında xeyli araşdırmalar aparılıb və bu gün alimlər insan psixologiyasında mühüm nailiyyətlər əldə ediblər. Ancaq tədqiqatlar davam edir. Alimlər, psixoloqlar tədqiqatlarını aparmaqdan dayanmır. Bu baxımdan yeni araşdırmalarla daha tez-tez tanış oluruq. Bu dəfəki araşdırma isə daha maraqlıdır. Söhbət kişilərin cazibədar qadınlara olan münasibətindən gedir. Tədqiqatlar göstərir ki, kişilər gözəl xanımlara az etibar edir. Kişilər üçün qadın görünüşündə qüsursuzluq olarsa, bu, onlar üçün ölümcül təsir bağışlayır.

Cazibədar gözəllik xanımıar üçün Allah tərəfindən verilmiş bir lütfdür. Amma psixoloji baxımdan bu, heç də belə deyil. “Gözəl ol, bəxtin olmasın” kimi fikirlər boş yerdən yaranmayıb.

Tanınmış sosial psixoloq Aleksey Roşinin dediyi kimi hamımız gözəllərə həsəd aparmağa öyrəşmişik, amma əslində bizim hisslərimiz onlar üçün həddindən çox kompleks yaradır və çox vaxt hər şeyin istədiyi kimi inkişaf etməməsinə səbəb olur

Bəzi psixoloqlar nə qədər mübahisəli də olsa, vurğulayırlar ki, mükəmməl xarici görünüş kişilərə bir basqı yaradır. Əksər vaxtlarda belə qadınlarla uzun müddət münasibətlər saxlamaqda kişilər əziyyət çəkir, möhkəm olmayan əlaqələrini qoruya bilmirlər Bunun əsas səbəblərindən biri odur ki, kişilər bu gözəlliyi əvvəlcə ilahliləşdirir, sonra isə qadının xarakterindəki neqativ cəhətlərlə barışa bilmirlər. Qadınlar isə özlərini həqiqətən qiymətləndirə bilmirlər və başqalarının tələblərinə uyğunlaşmırlar.

Gözəl qadın uşaqlıqdan hər şeyin asan olduğuna alışır. O, rahatlaşır, sonra yetkinlik yaşına çatdıqda problemləri olur. Psixoloqlar hesab edir ki, cazibadar qadınlar problemlərin öhdəsindən gəlmək üçün gözəlliyi lehinə çevirə bilmək bacarığına malik olmalıdır. Bu da bir sənətdir, mexanizmi hamının başa düşmədiyi bir sənət.

Amerikalı psixoloq Lea Şeppard deyir ki, “Bunun üçün emosional zəka tələb olunur, yəni bir insanın duyğuları tanıma, digər insanların və özlərinin niyyətlərini, motivasiya və istəklərini oxumaq bacarığı lazımdır”.

KISI-QADIN

Amerikalı psixoloq vurğulayır ki, cəmiyyətdə gözəl qadınlar bəzən təhlükə mənbəyi kimi də qələmə verilir. Belə ki, kişilər onları sabit ailə həyatı üçün təhlükə, digər qadınlar isə belələrini potensial rəqib kimi görürlər.

Gözəlləri öz imtiyazlarından geninə-boluna ittiham edənlər də tapılır.

Mütəxəssislərin fikrincə, bir qadın digərindən daha gözəl deyil, daha ağıllıdırsa, heç kim onu qınaya bilməz. Başqalarına nisbətən gözəl qadınlar daha qısqanc olurlar, istər həyatda, istər işdə karyera uğrunda amansız olurlar. Bəzən belə qadınlarda ədalət hissi arxa plana keçir. Amma əlbəttə ki, bunu bütün gözəllərə aid etmək olmaz.

Eyni zamanda, kişilər üçün gözəllikdən istifadə edən qadınlar cılız sayılır və belə olan halda ətrafına laqeyd yanaşır deyə kişilər onlardan uzaq qaçır.

Kollektivdə onların və onlara davranış modeli də fərqlənir. Buna görə gözəllər daim özlərinə qərəzli münasibət hiss edir. Belə qadınlarda güclü iradə olmalıdır. Yoxsa işçilər cəlbedici həmkarlarına loyal yanaşmır.

Kişilər hesab edir ki, cazibədar xanımıar da əks cinsdən olan heç vaxt etibar etmir. Belə olsa idi, qarşılıqlı münasibətlər yarı yolda kəsilməzdi. Gözəl qadın kişiləri xoşbəxt edə bilmək üçün qüsursuz görünüşləri ilə deyil, ağıl və davranışları ilə məqsədlərinə çata bilərlər.

kisi-qadin

Psixoloqlar qeyd edirlər ki, kişi ailəsini gözəllik naminə tərk edərkən yalnız cəmiyyət baxımından səhv edir, amma genetika baxımından – xeyr.

Təkamül nəzəriyyələri mütəxəssislərinin fikrincə, cəlbedicilik, potensial tərəfdaş uğrunda mübarizə aparmaq kişilərdə əsas əlamət olub. Amma söhbət təkcə görünüşcə gözəllikdən getmir. Gözəl qadın gözəl dost, gözəl həmsöhbət, gözəl partnyor və gələcəkdə gözəl ana olanda daha qüsursuz hesab oluna bilər. Bu baxımdan gözəllik mütənasiblik və simmetriyaya əsaslanmalıdır.

Təkamül mexanizmi belə işləyir: Kişilər ailə qurmaq üçün gözəl bir qadın axtarır, çünki gözəl övladların olmasını da arzulayır. Ancaq gözəl qadın da bu öhdəlikləri tam məsuliyyətilə üzərinə götürməlidir. Cansıxıcılıq, ünsiyyətdə darıxdırıcılıq buna mane ola olur və nəticədə etibarlı bir ailə məhv olur.

Beləliklə, kişilər gözəlliyi sabitliyə təhdid olaraq görürlər. Qadını öz problemləri üçün günahlandırırlar, çünki qadını deyil, ailəni tərk edə bilərlər.

Psixoloqların fikrincə, gözəllərə qorxu və inamsızlıq bir insan kompleksidir. Kişilər də sonralar yanıldıqlarını dərindən dərk edirlər. Onlar üçün psixoloji cəhətdən gözəl qadın sağlam, gözəl və xoşbəxt həyat üçün bir pəncərədir.

qadin-kisi

Kişilər gerçək reallığa girməkdən qorxurlar, buna görə qınananlar gözəllər olur. Kişilər əksər vaxt problemlərini bunu  üzərində fokuslaşdırır. Buna görə də özlərini inkişaf etdirmək əvəzinə kişilər qorxularını daha da artırırlar.

Təəssüf ki, gözəl qadınlara güvənməyənlər və onlara həsəd aparanlar uğurun qapılarını açmaqda həmişə çətinlik çəkəcəklər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir