sevgi

Kişilərin cazibədarlıq anlayışları

Baxış sayı: 1. 449

Kişilərin cazibədarlıq anlaşıyları fərqlidir. “Gencaile.az”-ın təqdim etdiyi yazıda onların bu barədə fikirlərini oxuyanda həm təəccüblənəcək, həm də özünüzə olan inamınız artacaq.

 

Onu hərəkətlərinizlə ovsunlayın

Stressdən dolayı dodaqlarınızı dişləyirsiniz? Kişilər qarşısında dodaqlarını dişləyən qadın görəndə çox xoşuna gəlir.

Qalstuk bağlamağı öyrənməlisiniz. Kişilər qalstuk bağladığınızı bildiyi anda sizə heyranlığı birə-beş artmış olur.

Kişilərin diqqətini çəkən məqamlardan biri də masajdır. Təkcə masaj sözünü eşitmək qarşınızdakının əhvalını qaldıracaq.

 

Göz kontaktı

Göz kontaktı çox önəmlidir. Göz-gözə gəldiyiniz zaman gözlərinizi qaçırmayın. Əksinə, düz gözlərinin içinə baxın. Bu, kişilərin hisslərini riqqətə gətirir.

 

Geyim tərzi

Çılpaq bədən artıq seksuallıq rəmzi hesab olunmur, öz gücünü çoxdan itirib. Geyimlərlə də cazibədar və seksual olmağı öyrənməlisiniz. Dekolte geyinmədən, dekolte göstərmək ustalıq istəyir.

Seksual görünmək üçün ilk növbədə hündürdaban ayaqqabı alın. Səssizliyi pozan addım səsləriniz kişilərin ürək ritmini pozur.

Köynəyin yaxalığı V şəklində, amma çox açıq olmamalıdır. Kiçik yarıqla onun fikirlərini yayındıra bilərsiniz.

Halqa sırğalar üz quruluşuna yaraşırsa, onu özünüzə həbs edə bilərsiniz.

Bir çiyni açıq olan geyimlərin seksuallığına şübhə ilə yanaşmayın. Dəri geyimlərin gücünü də unutmayın.

 

Saçlar

Qadını qadın edən ən önəmli silah saçdır. Saç rənginin və formasının sizə yaraşdığından əmin olmalısınız. Kişilərin çoxu uzun saçlı xanımlara aşiq olsa da, qısa saçı sevənlərin də sayı az deyil. Məsələn, kəkili xoşlayanlar da var. Yaxud iş prosesində saçınızı qələmlə dağınıq topuz yığa bilərsiniz. Kişilər bu saçı çox seksual hesab edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir