kisi

Kişilərin ata olmaq şansını azaldan faktorlar

Baxış sayı: 1. 944

Bəzi faktorlar spermaların keyfiyyətini aşağı salır ki, bu da nəticədə insanın ata olmaq şansını azaldır.

Alkoqol və siqaretdən həddən artıq istifadə sperma yaranması prosesini məhdudlaşdır və onun keyfiyyətinə neqativ təsir göstərir. Bundan başqa bəzi vərdiş faktorları da var.

Bekon

Xırçıldayan bekon dilimləri çox dadlıdır, ancaq araşdırmalar göstərir ki, onlar spermanın miqdarına neqativ təsir göstərə bilər. Harvard universitetinin alimləri 156 nəfər kişinin üzərində apardıqları tədqiqatdan sonra belə bir nəticəyə gəliblər. Alimlər həmin kişilərin və həyat yoldaşlarının qidalanma vərdişlərini izləyiblər. Əsasən, balıq və tərəvəzlə qidalanan kişilərdə spermatozoidlərin miqdarı çox olub. Emal olunmuş və qırmızı ət yeyən kişilərdə isə az olub.

Sauna

Saunada istirahəti sevən kişilər ata olmaq istəyirlərsə, həmin vərdişlərini tərgitsinlər. İtaliyanın Padui Universitetinin alimləri belə deyirlər. 30 yaşlı sağlam kişilərə deyilib ki, 3 həftə ərzində hər gün saunaya getsinlər və 15 dəqiqə ərzində orada olsunlar. Tədqiqatdan öncə onların hamısında spermatozoid miqdarı normal olub. 3 həftədən sonra isə spermatozoidlərin miqdarı və konsentrasiyası aşağı düşüb. Yalnız 6 aydan sonra normaya qayıdıb.

Stress 

Stress və narahatlıq sağlamlığınız üçün dəhşətli təsirə malikdir. Ancaq bu, ata olmaq şansını azaldır. Belə bir faktı California-Davis universitetinin alimləri aşkara çıxarıblar.

Noutbuk

Noutbuku dizlərin üstünə qoyaraq işlətmək də spermaların miqdarına təsir göstərir. Bu zaman Wi-Fi şəbəkəsi də mühüm rol oynayır. Gündə üç saat ərzində Wi-Fi şəbəkəsi ilə internetə qoşulan notbuku dizin üstündə istifadə etmək DNT-ni zədələyir, spermaların hərəkətetmə qabiliyyətinə mənfi təsir göstərir. /milli.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir