cins

Köhnə cinsləri yeni şalvara necə çevirməli?

Baxış sayı: 1. 667

Köhnə geyimləri dəbdən düşəndən sonra tullamaq artıq məsləhət görülmür. Çünki dizaynerlər də onları dəbin yeni qaydalarına uyğunlaşdırmağın tərəfdarıdır. Onlara yeni həyat verərək həm dəblə ayaqlaşa, həm də cibinizə qənaət etmiş olarsınız. Paltarın fasonunu dəyişmək çətin və bilavasitə dərzinin işi olsa da, köhnə cins şalvarları müxtəlif formalara salmaq çox asandır. Fantaziyanız varsa, öz əllərinizlə yeni şalvar hazırlaya bilərsiniz. Beləliklə,  köhnə cinsləri hansı formalara sala biləcəyinizin izahını təqdim edirik:

 

Batik (ləkəli və qarışıq)

Köhnə şalvarları təzələməyin ən asan yollarından biri batik boyamadır. Bu texnikanın ən gözəl tərəfi naxış və rəng məhdudiyyətinin olmamasıdır. 2-3 rəngi qarışdıraraq özəl modellər yarada bilərsiniz. Yaxud üzərinə şalvarın rəngini açan yuyucu maddələr və ya boya sıçrada bilərsiniz.

Dəmir aksessuarlar

Keçən il dəmir aksessuarlar olduqca dəbdə idi. Köhnə şalvarları yeniləmək üçün dəmir aksessuarlar ən yaxşı yollardan biridir. Forması, böyüklüyü, qızılı və ya gümüşü olması sizdən asılıdır. İstəsəniz, sadəcə ön və ya arxa ciblərə ilişdirə bilərsiniz.

Rəng bloku

Şalvarların kənarlarına və belinə başqa rəngli parça əlavə edə bilərsiniz.

Ombre (rəng keçidi)

Ombre texnikasından son zamanlarda geyimlərdə çox istifadə edilir. İstədiyiniz hissələrə rəng keçidləri və kölgələri tətbiq edə bilərsiniz.

Gipür

Şalvarları dəbin son qaydalarına uyğun hazırlamaq üçün gipürdən istifadə edə bilərsiniz. Gipürlər artıq bütün geyimlərdə, aksessuarlarda, hətta ayaqqabılarda da istifadə olunur. Gipürləri gözoxşayan şəkildə şalvarın üstünə tikə bilərsiniz.

Zəncirbənd

Zəncirbəndi xəyal gücünüzü işə salaraq aksessuar kimi də istifadə edə bilərsiniz. Şalvarın balağına, kənarlarına əlavə edə bilərsiniz.

Yırtılmış cinslər

Qarderobunuzda heç olmasa, bir dənə də yırtıq cinsiniz yoxdursa, onu tam adlandırmaq olmaz. Onları tullamaq yerinə istədiyiniz hissələrdə dəliklər aça bilərsiniz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir