Koronavirus

Koronavirus insan beyninə necə daxil olur?

Baxış sayı: 762

Alimlər aşkar ediblər ki, beyinə daxil olmaq üçün koronavirus burnun selikli qişasının hüceyrələrindən istifadə edir.

“Gencaile.az” saytı  “Technote”a istinadən xəbər verir ki, yeni tədqiqatlar onu göstərir ki, koronavirus insanın mərkəzi sinir sisteminə təsir göstərir.

Tədqiqatın nəticəsi təsdiq edir ki, koronavirus təkcə tənəffüs xəstəliyi deyil. Bu xəstəlik mədə-bağırsaq traktının, ürək-damarın və mərkəzi sinir sisteminin işinə təsir göstərə bilir.

Bu qənaətə gəlinib ki, koronavirusa yoluxmuş hər üçüncü pasient bir və ya bir neçə nevroloji simptomdan əziyyət çəkir. Bunların arasında baş hərlənmə, ürək bulanma, dad və iy bilmə qabiliyyətinin itirilməsi və s. var.

Bəzi pasientlərdə koronavirus, həmçinin, insult xəstəliyinin kəskinləşməsinə səbəb olur.
Buna görə də alimlər şübhələnirdilər ki, bu cür simptomlar virusun müəyyən beyin hüceyrələrinə daxil olması ilə bağlıdır.

Bu ehtimalı sübut etmək üçün alimlər koronavirus səbəbilə həyatını itirmiş 33 pasientin toxumalarını analiz ediblər. Toxumalar, beynin ayrı-ayrı hüceyrələri və burnun selikli qişası genetik koronavirus materialına sahib olub-olmadıqları üzrə analizdən keçirilib.

Nəticədə alimlər virusun DNT-ni neyroanatomik strukturlarda aşkar edblər. Həmin strukturlar isə gözləri, ağızı və burnu beynin kökü ilə birləşdirir. Virusun ən çox miqdarda cəmləşdiyi mübit sahə isə burnun selikli qişası olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir