koronavirus

Koronavirusun sonradan üzə çıxan dəhşətli FƏSADLARI – Kişi sonsuzluğu və …

Baxış sayı: 782

Ağciyərlərin iltihabı, öskürək, təngənəfəslik və hərarət kəskin koronavirus infeksiyasının əlamətləridir. Bir qayda olaraq, bu diaqnozları olan xəstə bir neçə həftəni xəstəxanada keçirir. Lakin COVİD-19 üçün müalicə tam bərpa olmaq demək deyil. Getdikcə həkimlər, virusun çoxlu fəsadlara səbəb olduğunu söyləyirlər. Virus tənəffüs sistemi ilə əlaqəli olmayan orqanlara təsir göstərə bilər. Hər şey təsirləbir – immun sistemindən sidik kisəsinə qədər.

Eskpertlərin açıqlamalarına istinadən deyə bilərik ki, hər kəsə aid deyil – ancaq xəstələrin çoxu koronavirusa yoluxduqdan sonra sağlamlıqlarının pis olmasından şikayətlənirlər. Üstəlik, fəsadlar dərhal baş vermir, bəzi simptomlar bərpa olunduqdan altı ay sonra üzə çıxır.

Oxucuları xəstəliyin məlum nəticələr və fəsadları ilə tanış etmişik.

Koronavirusun 10 nəticəsi:

Travma sonrası sindromun: Stressli vəziyyətdən sonrakı zehni pozğunluq

Simptomlar: Əsəbilik, sosial aktivliyin azalması, yuxusuzluq

Anosmiya (qoxu hissinin olmaması, iybilmə qabiliyyətinin azalması): mərkəzi sinir sisteminin reseptorlarına zərəri.

Simptomlar: Qoxu və dadbilmə qabiliyyətinin itirilməsi

Ağciyər fibrozu: Ağciyərlərin sıxılması.

Simptomları: Təngənəfəslik, boğulma.

Miokardid: Ürək əzələlərinin iltihabı.

Simptomlar: Temperatur 37 ° C, zəiflik, təzyiqin azalması.

Lenfopeniya: Qanda limfositlərin səviyyəsinin azalması.

Simptomları: Bədənin ümumi immunitetinin kəskin azalması

Ürək çatışmazlığı: Ürək fəaliyyətinin pozulması.

Simptomları: Təngənəfslik, zəiflik.

Böyrək çatışmazlığı: Pozulmuş böyrək funksiyası, iltihab.

Simptomları: Ödem, maye toplanması, sidik problemi.

Psevdomembranoz kolit: Bağırsaq seliyinin kəskin iltihabı.

Simptomları: Qarın ağrısı, ishal, nəcisdə selik və ya qan.

Kişi sonsuzluğu: Testislərdə testikul zədələnməsi.

Simptomlar: İqtidarsızlıq problem, libidonun azalması.

Bu uzun və xoşagəlməz xəstəliklər siyahısında yaxşı, ya da heç olmasa daha az pis xəbər var. Bu fəsadlar hamısı xroniki deyil. Yəni vaxtında aşkarlanması və lazımi müalicə ilə koronavirusun bütün nəticələri aradan qaldırıla bilər. Əsas odur ki, heç nəyi şansa buraxmayın və ilk simptomlarda bir həkimə müraciət edin.

 

Aytən Məftun

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir