kokluk

Mədəkiçiltmə əməliyyatından sonra əməl olunmalı 5 VACİB MƏQAM

Baxış sayı: 575

Artıq çəkidən azad olmaq üçün son illər mədəkiçiltmə əməliyyatına üstünlük verilir. Əməliyyatdan sonra ideal çəkini qorumaq üçün bəzi məqamlara diqqət edilməlidir.

Beləliklə, mədə əməliyyatından sonra əməl olunmalı vacib məqamları təqdim edirik:

 

Sağlam qidalanma vərdiş halına gətirilməlidir

Bariatrik əməliyyatdan sonra əməl edilməli ilk vacib məqam sağlam qidalanmağı vərdiş halına gətirməkdir. Bu səbəblə 3 əsas yemək və 2-3 qəlyanaltı zamanında qəbul edilməlidir.
Kifayət qədər su içmək

Əməliyyatdan sonra yarana biləcək yorğunluq və qəbizlik kimi halların qarşısını almaq üçün su istehlakına diqqət yetirilməlidir. Bunun üçün gündə ən az 2-3 litr su içmək lazımdır.

 

Kofein və qazlı içkilərdən uzaq olun

Bariatrik əməliyyatdan sonra ən vacib problemlərdən biri maye itkisidir, yəni susuzluqdur. Çay, qəhvə və qazlı içkilər  halsızlıq, yorğunluq, baş ağrısına  səbəb ola bilər.

 

Proteinlərə xüsusi diqqət edilməlidir 

Protein əməliyyatdan sonrakı dönəmdə ən vacib qida mənbəyidir. Əməliyyatdan sonra mədə həcminin azalması ilə bu ehtiyacı ödəmək bir qədər çətindir. Bu səbəbdən yeməkdə qəbul etdiyiniz protein lazımi ehtiyacınızı ödəmirsə, o zaman meyvə- tərəvəzə üstünlük verin.

 

Yuxu rejimi önəmlidir 

Bariatrik əməliyyatdan sonra yorğun hiss etməyinizin digər vacib səbəbi yuxusuzluqdur. Gündə ən az 7-8 saat yatmaq  sağlam kilo vermək üçün çox vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir