Emine Tagiyeva

Məktəb psixoloqunun şagirdlərin məktəb mühitindəki rolu

Baxış sayı: 714

Məktəb mühiti uşağın psixoloji və sosial inkişafında böyük rol oynayır. Məktəb psixoloqu isə məktəb mühitində şagirdlərin hərtərəfli inkişafını təmin edən əsas peşəkardır. O, uşaqların emosional vəziyyətini müşahidə edir, onların duyğularını düzgün ifadə etməsinə və başqaları ilə səmərəli ünsiyyət qurmasına yardım edir. Bundan əlavə, şagirdlərin təlim prosesində qarşılaşdıqları çətinlikləri müəyyən edir və onların akademik uğurlarını artırmaq üçün məqsədyönlü dəstək göstərir. Beləliklə, məktəb psixoloqu şagirdlərin emosional, sosial və akademik inkişafını tarazlı şəkildə dəstəkləyərək məktəb mühitində onların uğurlu inteqrasiyasını təmin edir.

 

Məktəb psixoloqunun funksiyaları

*Şagirdlərin emosional vəziyyətini izləmək və dəstək vermək

* Təlim prosesində çətinlik çəkən şagirdlərə yardım göstərmək

* Sosial və davranış problemlərinin qarşısını almaq və korreksiya etmək

 

 

Məktəb psixoloqunun şagirdlərin məktəb mühitinə adaptasiyasında rolu

* Yeni şagirdlərin məktəb mühitinə uyğunlaşmasına kömək etmək

* Dostluq və ünsiyyət bacarıqlarının inkişafını gücləndirmək

* Məktəbdə stress və təzyiqin azaldılmasına dəstək olmaq

psixoloq

Valideynlərlə əməkdaşlıq

* Şagirdin inkişafı və problemləri barədə valideynləri məlumatlandırmaq

* Evdə və məktəbdə birgə psixoloji dəstək proqramları hazırlamaq

 

Məktəb mühitində psixoloji sağlamlığın qorunması

* Məktəbdə zorakılığın və Bullinqinqarşısını almaq

* Psixoloji diaqnostika və müşahidə aparmaq

* Müxtəlif psixoloji fəaliyyətlər (qrup məşqləri, oyun terapiyası, seminarlar) təşkil etmək

 

Məktəb psixoloqu şagirdlərin məktəb həyatında yalnız dəstəkçi deyil, həm də inkişafı təşviq edən rəhbərdir.

Onun fəaliyyəti şagirdlərin emosional və sosial sağlamlığını qoruyur, məktəb mühitini təhlükəsiz və dəstəkləyici edir.

Məktəb psixoloqunun rolu həm şagirdlər, həm müəllimlər, həm də valideynlər üçün önəmlidir.

 

Psixoloq Əminə Tağıyeva




8 şərh “Məktəb psixoloqunun şagirdlərin məktəb mühitindəki rolu

  1. Niyazi Səlimov

    Məktəb mühitində zorakılığın qarşısını almaq və bullinqin önlənməsi məsələləri çox aktualdır. Məktəb psixoloqu bu məsələlərdə həlledici rol oynayır. Uşaqların özünə inamını və sağlam ruh halını qorumaq üçün məktəb psixoloqunu daha çox aktivləşdirmək lazımdır.

    Cavabla
  2. İlahə İsaxanova

    Bu yazıdan sonra məktəb psixoloqunun rolunun daha çox vurğulanması lazım olduğunu düşünürəm. Məktəb psixoloqunun həm şagirdlərə, həm müəllimlərə, həm də valideynlərə verdiyi dəstək onların həyatında müsbət dəyişikliklər yaradır.

    Cavabla
  3. Elvin Məhərrəmov

    Məktəb psixoloqunun məktəb mühitindəki rolunu çox bəyənirəm. Məktəb psixoloqu şagirdlərin yalnız akademik uğurlarına deyil, həm də onların sosial və emosional rifahına böyük töhfə verir. Məncə, hər məktəbdə psixoloqun rolu daha da artırılmalıdır.

    Cavabla
  4. Namiq Mirzəyev

    Məktəb psixoloqunun rolunu çox yaxşı izah etmisiniz. Uşaqların məktəbə adaptasiyası və emosional sağlamlıqlarının qorunması üçün psixoloqun böyük rolu var. Xüsusilə, yeni şagirdlərin məktəb mühitinə uyğunlaşmasında psixoloqun dəstəyi çox önəmlidir. Çünki bir çox uşaq bu dövrü çətinliklə keçirir. Məktəb mühitində zorakılıq və bullinqin qarşısını almaq da çox vacibdir, bu məsələlər uşaqların özünə inamına və gələcək inkişafına ciddi təsir edir. Məktəb psixoloqunun müsbət təsiri uşaqların bütün inkişafını yaxşılaşdırır.

    Cavabla
  5. Kamran Aslanov

    Məktəb psixoloqunun şagirdlərə yalnız stresslə mübarizə və emosional dəstək mövzusunda kömək etməsi deyil, həm də onların davranış və sosial inkişafını izləməsi də çox vacibdir. Bu işin məktəbdə daha da inkişaf etməsi lazımdır.

    Cavabla
  6. Aynur Əhmədova

    Məktəb psixoloqunun valideynlərlə əməkdaşlıq etməsi çox vacibdir. Valideynlərin uşaqlarının psixoloji vəziyyətindən xəbərdar olması və evdə də doğru dəstək vermələri onların daha uğurlu inkişafına kömək edər. Bu yazı həqiqətən də çox faydalıdır.

    Cavabla
  7. Afət Süleymanlı

    Məktəb psixoloqunun funksiyalarını çox düzgün qeyd etmisiniz. Xüsusilə şagirdlərin sosial və davranış problemləri ilə bağlı psixoloqun rolu çox vacibdir. Həmçinin, valideynlərlə əməkdaşlıq da vacibdir, çünki evdə də uşağa psixoloji dəstək verilməlidir. Məktəb mühitində təzyiqin azaldılması, uşaqların daha rahat və stressiz bir mühitdə təhsil alması üçün məktəb psixoloqu əvəzsizdir. Məncə, bu rolu daha da inkişaf etdirmək lazımdır.

    Cavabla
  8. Fidan Fətəliyeva

    Çox gözəl məqalədir! Məktəb psixoloqunun rolu şagirdlərin hərtərəfli inkişafında çox önəmlidir. Bəlkə də bu peşə hələ tam olaraq məktəblərdə yetərincə dəyərləndirilmir, amma psixoloji dəstəyin önəmi artan bir əhəmiyyət kəsb edir.

    Cavabla

Afət Süleymanlı üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir