Meymunciceyi

Meymunçiçəyi süni yayılıb?

Baxış sayı: 587

Meymunçiçəyi virusu koronavirusdan fərqli olaraq yeni bir virus növü deyil. Hazırda bu virusun yayılmasında qeyri-adi heç bir şey yoxdur. Bu virus Afrikada hər il endemik olaraq yayılır və minlərlə şəxs yoluxur. Meymunçiçəyi virusuna həmçinin Avropa və ABŞ-da da yoluxanlar olur. 

Bunu həkim-infeskionist Mərdan Əliyev deyir.

MERDAN ELIYEV

“Bu hal hər il baş versə də sadəcə bu il gündəm olub. Bunun səbəbi isə virusun Avropada bir neçə ölkədə eyni vaxtda yayılması olub və bu xəstəliyə yoluxan insanlar Afrikaya gedib-gələn insanlar deyil. Ona görə yoluxma xəbəri insanlarda narahatlıq yaradıb. Əgər bir şəxs Afrikaya getmədiyi halda bu xəstəliyə yoluxubsa, bu, narahatlıq doğuran bir haldır. Mənbəyi məlum olmayan yoluxma isə təhlükəli görünür. Sözügedən hal onu düşünməyə əsas verir ki, burada bilinməyən nəsə var və hətta epidemiyaya, pandemiyaya çevrilə bilər”, – infeksionist bildirir.

M.Əliyevin sözlərinə görə, virusa yoluxan şəxslər üzərində aparılan araşdırılmadan sonra məlum olub ki, Avropada böyük şənliklər keçirilib və xəstəliyə yoluxanlar da həmin məclislərə qatılan şəxslərdir:

“Böyük ehtimal ki, həmin məclislərə Afrikada olmuş və virusa yoluxmuş şəxslər də gedib. Beləliklə yoluxma çoxalıb. Meymunçiçəyi virusunun süni şəkildə yayılması məsələsinə gəldikdə isə bu, inandırıcı deyil. Hazırda xəstəlik heç epidemiya da yaratmayıb. Virus süni şəkildə yayılsaydı, çox sürətlə baş verərdi”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir