pilleken

Minlərlə turist bura axın edir: DÜNYANIN ƏN MƏŞHUR 8 PİLLƏKƏNİ

Baxış sayı: 585

Həm memarlıq, həm də estetik baxımdan hər zaman diqqəti cəlb edən pilləkənlər eyni zamanda uğura aparan çətin yolun simvoludur. Bəlkə də buna görə tarix boyu pilləkənlərə xüsusi diqqət yetirilib. Xüsusilə, bəziləri tikinti hekayəsi və ya görünüşü ilə çox populyarlaşaraq turistlərin də diqqətini çəkir.

Beləliklə, minlərlə turistin görmək üçün axın etdiyi dünyanın ən məşhur 8 pilləkəninin fotolarını təqdim edirik:

 

İtaliya, “İspaniya pillələri”

135 pillədən ibarət nəhəng pilləkən…Pilləkənlər 1723-cü ildə inşa edilməyə başlayıb.

 

Yunanıstan, “Santorini Pillələri”

657 pillədən ibarət olan “Santorini Pillələri” 1715 -ci ildə Santorini adasının dik yamaclarında yerləşən evlərə çatmaq üçün tikilib.

 

Şri Lanka, ”Sigiriya“

200 metr yüksəklikdə yerləşən Sigiriya qədim bir qaladır və 1200 pilləli pilləkən bura giriş üçün istifadə edilir.

 

İsrail, “Bahai bağçaları”

Burada yerləşən pillələrin daha öncə sadaladıqlarımızdan fərqi odur ki,dünyanın ən gözəl parklarından biri olan “Bahai bağçaları”nın içində yerləşən bu pilləkən ətrafdakı təbiətin möhtəşəm mənzərəsini gələn qonaqları valeh edir.

 

Ukrayna, “Potemkin pilləkəni”

Odessada yerləşən və 192 pillədən ibarət olan bu pilləkənlərin hər bir addımının eni fərqli bir şəkildə hazırlanıb. Uzaqdan baxdıqda sanki pillələr yuxarı qalxdıqca daralır.

 

Ekvator, “Kanyon Pillələri”

Məşhu rPailon del Diablo şəlaləsinin yaxınında yerləşən pilləkən, möhtəşəm bir mənzərə təqdim edir.

 

İtaliya,”Vatikan muzeyi pilləkəni”

Spiral şəklində inşa edilən bu pilləkən gözə xoş görüntü verir. Getməyə dəyər…

 

Çin, “Cənnət qapısı dağı”

Çindəki Tianmen Dağı Milli Parkında yerləşən və  Cənnət qapısı dağı adlı zirvəyə qalxmaq üçün tikilən pilləkən düz 431 metr uzunluğundadır. Ziyarətçilər bu pilləkənlə qalxanda qarşılarında əla bir mənzərə görürlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir