Oturaq rejimdə işləyənlər TƏHLÜKƏ qarşısında – Nə etməli?

Baxış sayı: 1. 467

Gün ərzində 11 saatdan çox oturmaq ölüm riskini 40%-ə kimi artırır. Mütəxəssislər gün ərzində fəaliyyətdə olmağı tövsiyə edir. Oturaq işiniz varsa, hər 20 dəqiqədən bir addımla hərəkət etmək, ya da ayaq üstə durmaq məsləhət görülür. İş yoldaşınızın yanına gəzərək getmək, ayaq üstə duraraq söhbətləşmək də sizə kömək edəcək.

Gün ərzində 8 saatdan çox oturanlarda ölüm riskinin 15%, 11 saat oturanlarda isə 40% yüksək olduğu deyilir.

Bütün günü oturub kompüterə gözümüzü zilləyir, masamızda yemək yeyir, divanda oturaraq televizora baxırıq. Gündəlik olaraq piyada gəzmək yerinə lift və eskalatordan daha çox istifadə edirik.

Hətta sosial həyatımız da oturaq olmamıza təsir edir. Qəhvə içmək, yemək yemək, kinoya baxmaq, yaxud da elə söhbətləşmək üçün mütləq haralardasa otururuq. Və sonda bütün günü oturmağınızın törətdiyi fəsadla mübarizə aparmaq üçün vaxtımızın olmadığını anlayırıq.

Sosial həyatımızı aktivləşdirmək üçün nə edək?

Yeməyə, qəhvə içməyə getmək yerinə gəzintiyə çıxmağa nə deyirsiz?

Əgər gün ərzində oturduğumuz 8 saatda işimizi axsatmamaqla azaltmalar etməsək,  fərqində olmadan çox ciddi problemlərlə qarşılaşa bilərik.

Araşdırmalar gün ərzində iş saatının dörddə üç hissəsini oturmalı olduğumuzu göstərir.

Çox oturmaqla ürək-damar xəstəlikləri, piylənmə, ikinci dərəcəli şəkər xəstəliyi, baş ağrı, görmə yorğunluğu, boyun, bel ağrıları yaşaya bilərsiz. Müasir araşdırmalara görə, saat 9-dan 5-ə kimi idman etmirsizsə, 5-dən sonra etdiyiniz idmanla bu təhlükə riskini azalda bilmərsiz.

Az oturmaq və hər 20-30 dəqiqədən bir pozanı dəyişmək mütləqdir.

Az aktivlik insulin və qan şəkəri səviyyəsini azaldır.

Hərəkətdə olmaq, gəzmək ayaqlarda qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirərək kalorini yandırır.

Duruş vəziyyətlərini dəyişmək onurğa əyrilikləri, oynaqlardakı ağrını azaltmaq, onurğa və disk sinirləri üzərinə yüklənən gərginliyi azaldacaq.

İşdəki fəallığınızı artırmaq üçün bunları edin:

Su fəvvarələri ətrafında gəzin, susuzluğunuza da faydalıdır.

Hər 30 dəqiqədən bir gəzməli olduğunuzu xatırladan zəngli saat qurun.

İş yoldaşınıza sözünüzü mesajla yazmaq yerinə yanına gedin.

Telefon zəngini oturaraq deyil, ayaq üstə gözləyin.

Qaçış idman alətindən mütəmadi istifadə edin.

Naharda açıq havaya çıxın, D vitamin də artacaq.

Oturarkən stulun belinizi dəstəkləyib dik oturmanızı təmin etməsinə diqqət edin.

Ekran hündürlüyü və parlaqlığının sizə uyğun olmasına çalışın.

Yaxın yerləşdirilmiş klaviatura və “mouse” boyun, bilək, qol, çiyin ağrısına kömək edə bilər. Klaviatura və “mouse”un sizdən çox uzaqda olmamasına diqqət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir