Sebinr Nesirli

Mübahisə etmək qorxulu deyil,"savaşmaq" qorxuludur: Sağlam münaqişənin qaydaları

Baxış sayı: 1. 876

Gənc ailələrdə belə bir mif var:”Əgər  biz çox mübahisə ediriksə, deməli bir-birimizə uyğun deyilik.”Bir psixoloq kimi deyə bilərəm ki, bu, tamamilə yanlışdır. Əksinə, heç mübahisə etməyən cütlüklər daha çox risk altındadırlar, çünki bu, tərəflərdən birinin öz hisslərini içində boğduğuna işarədir.

Məsələ mübahisənin olub-olmaması deyil,onun necə aparılmasıdır. Gəlin, münasibəti yıxan deyil, quran mübahisənin yollarına baxaq:

Mübahisə zamanı ən böyük səhv qarşı tərəfi ittiham etməkdir. “Sən həmişə gecikirsən!”, “Sən çox məsuliyyətsizsən!” kimi cümlələr partnyorunuzda dərhal müdafiə instinkti oyadır və o, sizi dinləmək əvəzinə hücuma keçir.

Doğru yanaşma: “Mən evə gec gəlinəndə özümü tənha və narahat hiss edirəm”. Burada siz qarşı tərəfi günahlandırmır, öz hissinizi paylaşırsınız.

Ən çox rastlanan səhvlərdən biri cari problemi müzakirə edərkən 3 ay əvvəlki hadisəni bura qatmaqdır. Mövzunu dağıtmaq həlli qeyri-mümkün edir. Bir mübahisədə yalnız bir mövzunu danışın. Əgər yeməyin duzsuz olmasıdırsa mövzu, qaynananın keçən ay dediyi sözü bura əlavə etməyin.”Sən heç vaxt məni dinləmirsən”, “Sən həmişə belə edirsən” kimi mütləq ifadələr həqiqəti əks etdirmir və partnyorunuzda ədalətsizlik hissi yaradır.Bu sözlər dialoqun qapısınıbağlayır.

Bəzən emosiyalar o qədər yüksəlir ki, məntiq dövrədən çıxır. Əgər qışqırmağa və ya bir-birinizi incitməyə başladığınızı hiss edirsinizsə, müzakirəni dayandırın.

aile

Məsləhət: “Mən indi çox əsəbiyəm və səni incitmək istəmirəm. Gəl 20 dəqiqə sonra,sakitləşəndə danışaq.” Bu, qaçış deyil, münasibəti qorumaqdır. Evlilik bir yarış deyil. Əgər mübahisədə siz “qalib” gəlirsinizsə, deməli, partnyorunuz “məğlub” olub.

Sevdiyiniz insanın məğlub olduğu bir yerdə siz necə xoşbəxt ola bilərsiniz?

Mən sənə qarşı” deyil, “biz problemə qarşı” prinsipi ilə hərəkət etməkdir.

Unutmayın ki, sağlam ailə heç vaxt mübahisə etməyən deyil, mübahisədən sonra bir-birinin əlini daha bərk tutmağı bacaran ailədir. Mübahisə münasibətin sonu deyil, bir-birinizi daha yaxşı tanımaq üçün bir fürsətdir.

Gənc ailələr üçün kiçik qeyd: İlk illər “uyğunlaşma” dövrüdür. Bu dövrdə fırtınaların olması normaldır,yetər ki, gəminiz sarsılsa da, sükanı əldən verməyin.

 

Psixoloq Səbinə Nəsirli




7 şərh “Mübahisə etmək qorxulu deyil,”savaşmaq” qorxuludur: Sağlam münaqişənin qaydaları

  1. CƏVAHİR

    Çox sağolun Xanım.Bu yazılar mene çox tesir etdi mütləq özümə nümunə gotürəcəyəm

    Cavabla
  2. Amil Xelilov

    Maraqli movzudur ve mence bele meselellerde mutetessis fikirlerine yer ayirmaginiz yaxsidir ki, cemiyyet maariflene

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir