Emosional asılılıq nədir?
Emosional asılılıq – bir şəxsin öz emosional rifahını tamamilə və ya əsasən digər bir insana bağlamasıdır. Bu vəziyyətdə insanın xoşbəxtliyi, özünüqiymətləndirməsi və emosional balansı başqasının davranış və münasibətindən asılı olur. Münasibətlər insan həyatında vacib yer tutur. Sevgi, dostluq və ailə əlaqələri bizə dəstək olur, həyatımızı zənginləşdirir. Lakin bəzən münasibətlərdə emosional asılılıq yaranır və bu, həm fərdi, həm də cütlük üçün mənfi nəticələr doğura bilər.
Emosional asılılıq insanın xoşbəxtliyini, emosional rifahını və özünüqiymətləndirməsini başqasına bağlamasıdır. Bu, xüsusilə romantik münasibətlərdə və ya yaxın dostluqlarda tez-tez ortaya çıxır.
Əlamətlər və nümunələr:
* Partnyer olmadan narahatlıq və boşluq hissi (məsələn, tək qala bilməmək)
* Daim təsdiq və diqqət axtarmaq
* Qısqanclıq, həddindən artıq nəzarət və ehtiraslı davranışlar
* Öz qərarlarını təkbaşına verə bilməmək
* Münasibət bitdikdə ciddi depressiya və ümidsizlik
Belə hallarda insan münasibətin özünü müəyyən etdiyini düşünür, bu isə uzun müddətdə psixoloji sağlamlığa ciddi ziyan vura bilər.
Emosional asılılığın səbəbləri
- Uşaqlıq təcrübələri və valideyn münasibətləri:
Davamlı diqqət və sevgi almayan uşaqlar böyüyəndə münasibətlərdə aşırı təsdiq axtara bilərlər. - Özünüqiymətləndirmə problemi:
Özünə güvənməyən insanlar, dəyər hissini başqasının diqqətinə bağlayır. - Keçmiş travmalar:
Əvvəlki münasibətlərdə rədd edilmə, xəyanət və ya travmalar emosional asılılığı gücləndirir. - Sosial və mədəni faktorlar:
Bəzi cəmiyyətlərdə “münasibət üçün hər şeyi fədakarlıq etmək” idealı emosional asılılığı təşviq edə bilər.
Emosional asılılığın fəsadları
* Özünüqiymətləndirmənin zəifləməsi:
Başqasının rəyi ilə öz dəyərini ölçmək özünə inamı azaldır. Bu, depressiya, narahatlıq və ümidsizlik yarada bilər.
* Münasibətlərdə gərginlik:
Aşırı qısqanclıq və nəzarət mübahisələrə və münasibətlərin pozulmasına səbəb olur.
* Fərdi inkişafın məhdudlaşması:
Hobbiyə, karyeraya və sosial fəaliyyətlərə vaxt ayrılmadıqda fərdi inkişaf dayanır və insan öz potensialını reallaşdıra bilmir.
* Psixoloji və fiziki sağlamlıq problemləri:
Davamlı stress, narahatlıq və emosional təzyiq yuxu pozuntuları, həzm problemləri və immunitetin zəifləməsi ilə nəticələnə bilər.

Emosional asılılığı aşmaq üçün yollar
- Özünü tanımaq və qəbul etmək: Emosional ehtiyaclarınızı və limitlərinizi anlamaq vacibdir. Gündəlik jurnal, meditasiya və introspeksiya bu prosesi gücləndirir.
- Müstəqil həyat tərzi: Hobbi, dostlar və fərdi məqsədlərə vaxt ayırmaq emosional balansı bərpa edir.
- Sağlam ünsiyyət: Münasibətlərdə açıq və dürüst ünsiyyət, hisslərinizi doğru ifadə etmək və partnyeri də dinləmək asılılığı azaldır.
- Peşəkar yardım: Psixoloq və ya psixoterapiya emosional asılılıq və narahatlıq problemlərinin həllində effektivdir.
- Özünə güvən və özünə qayğı: Fiziki sağlamlıq, karyera uğurları və şəxsi nailiyyətlər emosional asılılığı azaltmağa kömək edir.
Emosional asılılıq münasibətləri zəiflədərək, fərdi inkişafı məhdudlaşdırır və psixoloji sağlamlığa mənfi təsir göstərir.
Sağlam münasibətlər üçün həm özünüzü, həm də partnyeri dəyərli və müstəqil qəbul etmək vacibdir. Münasibətlərdə balansı qorumaq emosiyaları idarə etmək və özünə qayğı göstərməkdən keçir.
Sağlam münasibətlərin əsas prinsipləri belədir:
Özünü və partnyeri dəyərli və müstəqil qəbul etmək – Hər iki tərəf öz şəxsiyyətini qoruyur, bir-birinə hörmət edir və asılılıq yaratmadan birlikdə olurlar.
- Dürüst və açıq ünsiyyət – Hissləri, fikirləri və ehtiyacları açıq şəkildə paylaşmaq, anlaşılmazlıqları minimuma endirir və etibarı gücləndirir.
- Hörmət və qarşılıqlı anlayış – Fərqlilikləri qəbul etmək, tənqid və mübahisələr zamanı qarşı tərəfi aşağılamamaq.
- Müstəqil həyat tərzi və fərdi inkişaf – Hər iki tərəf hobbilərinə, karyerasına və şəxsi məqsədlərinə vaxt ayırır, özünə inamını qoruyur.
- Etibar və sadiqlik – Münasibət qarşılıqlı güvən üzərində qurulmalıdır; sadiqlik emosional təhlükəsizliyi təmin edir.
- Empati və emosional dəstək – Qarşı tərəfin duyğularını anlamaq və dəstək olmaq, münasibətlərin möhkəmlənməsinə kömək edir.
- Münaqişələrin sağlam həlli – Mübahisələr zamanı sakit, konstruktiv və həll yönümlü yanaşmaq; kin saxlamamaq.
- Gülmək və birlikdə xoşbəxt anlar paylaşmaq – Münasibəti yalnız məsuliyyət kimi görməmək, birlikdə keyfiyyətli vaxt keçirmək vacibdir.
Bilqeyis Səfərqızı
Sabahgrow Dəstək Mərkəzinin psixoloqu
(Mütəxəssislə psixoloq_bilqeyis_seferqızı adlı instagram hesabı üzərindən əlaqə yarada bilərsiniz)










































































































































































Men de bir zamanlar emosional asılılik yasamisam. Ozume qaygi gostermek, manə də çox kömek etdi. Heqiqeten de insanin ozünü tanimasi, her şeyin açaridir.
Emosional asılıliq çox cidi meseledir. İnsan ozunu başqasina bagladikda, hayatini mehv ede biler. Yaxsi ki, buna qarsi mübarize yollari var.
Yalniz munasibetler deyil, her sahede insanin ozune dayaq olmali oldugunu düşünurem.
Yazida emosional asılıliğin fesadlari çox gözəl izah edilib. Mence, elave olaraq, bu cur asılıliqdan çıxmaq ucun destek qruplarinin rolu da qeyd oluna bilerdi.