Nermine Abbasova

Nərminə Abbasova: “Adətən ürək, piylənmə, diabet, təzyiq xəstəlikləri ilə birlikdə yaranır”

Baxış sayı: 658

“Kişilərdə daha çox görünən gut xəstəliyi, qadınlarda klimaks dövründə müşahidə edilə bilər. Oynaqlarda anidən yaranan bu xəstəlik ağrı, qızarıqlıq, şişlik əlamətləri ilə özünü biruzə verən oynaq iltihabıdır. Ayağın baş barmağında başlayır. Diz, ayaq billəyi, dirsək, əl barmağı oynaqlarına da təsir göstərir”.

Bunu oxucularımızı Gut xəstəliyi ilə bağlı məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirir.

Nərminə xanım qeyd edib ki, bu xəstəlik “varlı xəstəliyi”, “damla xəstəliyi” olaraq da adlandırılır. Onun sözlərinə görə, sözügedən xəstəlik adətən ürək, piylənmə, diabet, təzyiq xəstəlikləri ilə birlikdə yaranır.

Bəs Gut xəstəliyinin əlamətləri nədir? Ailə həkimi bildirdi ki, gecə yarısı və ya səhərə qarşı ayaq baş barmağında və ya hansısa oynaqda başlayan şiddətli ağrı, şişlik, qızartı və həssaslıq Gut xəstəliyinin əlamətlərindən sayılır. Həkim deyir ki, ağrının gücü o qədər olur ki, ayaq üzərinə basmaq çətinləşir hətta imkansız hala gəlir:

 

 

“Ayaqqabını xəstə ayağa geyinmək olmur, hətta uzanıqlı olduqda yorğanının belə, toxunması ağrı verər, 12-24 saat ərzində daha da şiddətlənər. Bu ağrı bir neçə gün və ya həftə ərzində öz-özündən keçər”.

Gut xəstəliyinin diaqnozunun necə qoyulmasına gəlincə, həkim bildirdi ki, ümumiyyətlə bu, diaqnoz qoyulması olduqca çətin bir xəstəlikdir, çünki onun simptomları digər artrit xəstəliklərinə çox oxşardır:

 

“Oynaq mayeləri araşdırılır, qan analizi vasitəsilə ürik asid səviyyəsinə baxılır. Bəzən bununla belə xəstəliyin diaqnozu qoyulmaya bilər. Oynaq mayelərindəki lökosit miqdarı diaqnozun qoyulmasına kömək edir. Bu xəstəliyin müalicəsi iki mərhələ şəklində aparılır. Müalicənin məqsədi gut krizlərinin qarşısının alınmasıdır. Qan, ürik asid səviyyəsini 6 mq-dan aşağıda tutmalıdır. Ağrı və iltihabın qarşısını almaq üçün verilən dərmanlar mədə qoruyucuları ilə birlikdə verilməlidir. Gut krizlərini azaltmaq və ya qarşısını almaq üçün asid istehsalını azaldan dərmanlardan istifadə edilə bilər. Ancaq nəzərinizə çatdıraq ki, bu növ dərmanlar mədə ağrısı, böyrək daşı kimi əks təsirlər verə bilər”.

Ailə həkimi qeyd etdi ki, bu xəstəlikdən əziyyət çəkənlər gündəlik olaraq müəyyən qaydalara diqqət etməlidir. Nərminə xanım deyir ki, xəstələr gündə 8-16 stəkan su içilməli, spirtli içkilərdən uzaq durmalı, çəkiyə nəzarət etməli, orta miqdarda protein qəbul etməli, doymuş yağlardan qaçınmalı, gündəlik ət, balıq yeməlidir. Ailə həkiminin sözlərinə görə, xəstəliyin müalicəsi əsnasında dərmanlarla birlik qidalanma rejimi də yaradılmalıdır:

“Gilas, C vitamini, qəhvə ürik asidin səviyyəsini aşağı salır. Bu baxımından xəstəliyin müalicəsi zamanı müsbət effekt yaradır. Təkrar edirəm, Gut xəstəliyinin təsirli müalicəsi üçün ideal kilonuzu qorumalı, aktiv həyat tərzi və idmana davam etməli, purin tərkibli qidaları azaltmalı, sağlıqlı qidalanmalı, ürik asit sviyyəsini azaldan qidaların qəbulunu artırmalı, bol su qəbul edilməli, eyni zamanda, gut ilə bərabər gedən xəstəliklərin müalicəsinə diqət yetirilməlidir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




2 şərh “Nərminə Abbasova: “Adətən ürək, piylənmə, diabet, təzyiq xəstəlikləri ilə birlikdə yaranır”

  1. Kamran

    Gut xəstəliyini çox eşitmişdim, amma əvvəllər düşündüm ki, bu sadəcə yaşlı adamlara təsir edir. Məqalə çox faydalıdır, xüsusən də ağrı və şişkinliklə bağlı izahlar. Mənim bəzi iş yoldaşlarımda da bu xəstəlik var, amma necə müalicə olunduğunu heç kəsə soruşmamışam. Nərminə Abbasovanın verdiyi tövsiyələr çox məntiqlidir, gündəlik su istehlakı və düzgün qidalanma haqqında olan hissə diqqətimi çəkdi. Özümü artıq daha diqqətli hiss edirəm

    Cavabla
  2. Səbinə Aydin

    Mən özüm həkim deyiləm, amma düzgün qidalanma və idman haqqında çox vacib məqamlar qeyd edilib. Məndə də az-çox gut əlamətləri var, amma həkimə getməkdən çəkinirəm. Bu yazıdan sonra artıq doğru müalicə yolu tapmalı olduğumu anlayıram. Ümid edirəm ki, düzgün həyat tərzi seçsəm, bu xəstəliyin qarşısını ala bilərəm.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir