“Ayaq biləyində qığırdaq problemləri müxtəlif səbəblərlə yarana bilər. Bu problemlər ağrı, şişlik, hərəkət məhdudiyyəti və zamanla oynaqda aşınmalara səbəb ola bilər. Müalicə edilmədikdə qığırdaq zədələnməsi irəliləyərək oynaq deformasiyasına və xroniki ağrılara gətirib çıxara bilər”.
Bunu ayaq biləyində yaranan problemlərlə bağlı oxucularımızı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyib.
Həkim bildirib ki, ayaqlarda gəzinti, qaçış, tullanma və müvazinəti təmin edən çoxsaylı bağların varlığına baxmayaraq, tez-tez müvazinəti itirmək mümkündür. Nəticədə, ən sadə burxulmalar ortaya çıxır:
“Burxulmalar yalnız idman və ya digər peşə ilə əlaqədar deyil. Bu, normal insanların da başına gələ bilər. Burxulma zamanı ən çox yaralanma xarici yan bağda olur. Burxulma ilə ayaq biləyində ağrı və şişlik sürətlə inkişaf edir. Bu zaman əgər damar yırtılıbsa, şişlik çox sürətlə baş verir və toxunma zamanı şiddətli bir reaksiya meydana gəlir. Qırmızılıq zamanla göyərməyə keçir”.
Həkim qeyd edib ki, Ankle yaralanmalarında ətraflı sorğu və müayinədən sonra düz rentgen filmi sümüklərdə meydana gələn çatlamalar və qırıqları asanlıqla göstərəcəkdir. Onun sözlərinə görə, yumşaq toxuma zədələnməsinə şübhə varsa, MR tələb oluna bilər:
“Zədələnmədən sonra kəskin dövrdə bir müddət istirahət verilməlidir, ayaq ətrafına 2-3 gün ərzində soyuq tətbiq olunur. Ağrıkəsici dərmanlar və ödem əleyhinə preparatlar istifadə olunur. Yüngül burxulmalar istisna olmaqla, adətən ayaq biləyini hərəkətsiz saxlayan 10 gündən 3 həftəyə qədər davam edən bir gips tətbiq etmək lazımdır. Bunu etmədikdə, ayaq bağları tam yaxşılaşmır və burxulma tez-tez təkrarlanır. Bu da öz növbəsində ayaq biləyində kirəclənməyə səbəb olur. Travmalar və burxulmalar mütəmadi təkrarlandığı üçün anterior deyilən sinir sıxışmaları yaşanır. Yaralanmalar təkrarlandıqca, oynaq zəri kimi toxumalarda qalınlaşmalar meydana gəlir. Toxumaların həcminin artması ayaq biləyi yuxarı kaldırıldığında ağrıya yol açacaq sıxışmalara səbəb olur. Zamanla biləyin yuxarı bükümünün hərəkətinə maneə olur. Ayaq biləyi arxasında yaranan sıxışmalar da ağrılara səbəb olur. Bu formada ayaq biləyinin aşağı bükülməsində şiddətli ağrılara səbəb olan xəstəlik isə posterior olaraq keçər”.
Ailə həkimi deyir ki, daha yüngül burxulmalar və ya tez-tez təkrar burxulmalar zamanı ayaq biləyinə xüsusi bandajlar tətbiq olunur. Bunlar uzun müddət istifadə olunur. Nərminə xanımın sözlərinə görə, xüsusilə idmançılarda tez-tez ayaq biləyi burxulması halında bənzər bandajlar yenidən istifadə edilməlidir:
“Ayaq travmasının kəskin dövründən sonra ayağa fizioterapiya tətbiq edilməlidir. Bir maqnit sahəsi və xüsusi bir soyuq tətbiq olan Cryotherapy bu travmatik ayaq problemlərində çox müvəffəqiyyətli nəticələr verən fizioterapiya üsullarıdır. Fizioterapiya, ağrını azaltmaq və funksiyanı artırmaq üçün mühüm bir müalicə yolu ola bilər. Bu terapiya, sinirlərin sıxılmasını azaltmaq, əzələ gücünü artırmaq və hərəkətliliyi yaxşılaşdırmaq üçün hərəkət və fiziki terapiyaları əhatə edir”.
Ailə həkimi ayaq sinir ağrılarının səbəblərindən danışarkən buna yol aça biləcək problemlərin olduğunu vurğulayıb. Qeyd edib ki, şəkər xəstəliyinə sahib olanlarda sinirlərdə yaranan ödəmlər keçdiyi kanalı sıxışdırır və təzyiq edər:
“Qırıq yaşanıbsa, bunlar sonrasında sinirlərin keçdiyi kanallarda daralma yaşana bilər. Xüsusilə hamilələrdə çəki alma və ödəmin artması sinir sıxışıqlıqlarına səbəb ola bilər. Hormonların sinir metaobalizmasına təsir göstərdiyi vəziyyətdə sümüklər və yumşaq toxuma hüceyrələrindəki artış təzyiqə səbəb ola bilər. Əzələ qırışları qılıflarında gerçəkləşən ödəmlər də daralmağa səbəb olur”.
Nərminə xanımın sözlərinə görə, sağlam bir həyat tərzi ayaqda sinir ağrısının idarə edilməsində mühüm rol oynayır. Terapevt bildirib ki, siqaret və alkoqol istifadəsinin azaldılması, sağlam qidalanma, düzgün su balansının qorunması və düzgün idman rutininin tətbiqi mühümdir. Ağrının idarə edilməsi üçün düzgün poza və ergonomikanın əhəmiyyəti də unudulmamalıdır.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)