Esnemek

NİYƏ ƏSNƏYİRİK? – Nevropatoloq qorxunc tərəflərini açıqladı

Baxış sayı: 672

Nevropatoloq, tibb elmləri namizədi Olqa Qolubinskaya əsnəməyin niyə yoluxucu olduğunu və çox tez-tez baş verdiyi açıqlayıb.

Rusiyalı mütəxəssis bu barədə “Sputnik radiosu”na danışıb.

Onun sözlərinə görə, ümumiyyətlə, insanlar yatmaq istədikdə və ya dincəlməyə ehtiyac duyduqda əsnəyirlər:

“Əsnəmə beynin aktivləşməsinə imkan verən bir refleksdir. Gündəlik həyat tərzini dəyişdikdə, digər saat qurşağına uçuş etdikdə və ya bioloji ritmdəki hər hansı bir pozğunluq olduqda, eləcə də yuxu qrafikində pozğunluq olduqda əsnəmə qaçılmaz olur”.

Nevropatoloq əlavə edib ki, adətən, insanlar gün ərzində nadir hallarda əsnəyirlər, lakin bu, tez-tez baş verərsə, orqanizmdə ciddi xəstəliklərin mövcudluğuna işarə ola bilər:

“Əsnəmə, məsələn, ürək çatışmazlığı ilə müşayiət edilə bilər. Həmçinin, nevroz, depressiya kimi xəstəliklərdən əziyyət çəkən, yuxu pozğunluğu ilə əlaqəli zehni xəstələrdə davamlı əsnəmələr baş verir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir