olum

Ölüm anında insan beynində nə baş verir?

Baxış sayı: 489

Alimlər ilk dəfə ölüm anında insan beyninin fəaliyyətini qeydə alıblar.

Alimlər epilepsiyadan əziyyət çəkmiş 87 yaşlı kişinin beyin aktivliyini elektroensefaloqrafiya vasitəsilə müşahidə ediblər.

Lakin pasientdə ürək tutması baş verib və sınaq zamanı həyatını itirib. Belə ki, onlar ölüm zamanı insan beyninin 15 dəqiqəlik aktivliyini müşahidə edə biliblər. Nəticədə alimlər təyin ediblər ki, ürəyin dayanmasından sonra pasientin bütün beyin aktivliyi səviyyəsi aşağı düşsə də, beyin dalğaları özlərini daha aktiv şəkildə göstərməyi bacarır.

 

Bundan əlavə, ölüm ayağında olan zaman 87 yaşlı pasientdə qıcolmalar və beyin hüceyrələri arasında maye yığılması müşahidə olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir