eFZlqhjTQMGrgPYI4Gfv

Özləri balaca, sevgiləri böyükdür – FOTOLAR

Baxış sayı: 466

Onlar sosial mediada tanış olub. Qarşısında özünə bənzəyən birini gördükdə “o, mənim olmalıdır”, deyib və hərəkətə keçib. 18 ay çəkən tanışlıq sonrası evlənməyə qərar veriblər. “Gencaile.az” saytı “Milliyet.com.tr”yə istinadən braziliyalı qeyri-adi cütlüyün hekayəsini təqdim edir. Paulo Gabriel da Silva Barros və Katyucia Lie Hoshino “cırtdan boylu”lardır. Onların boyu təxminən eyni uzunluqdadır – 90 santimetr.

Sadəcə, Hoshino Paulodan 1 santimetr hündürdür. Paulo elmi adı “diastrofik displaz cücəliyi”, Katusia isə “akondroplaz cücəliyi”nə sahibdir.  Onların boyu çox kiçikdir, normal fiziki quruluşa malik insanlardan fərqlənirlər. Lakin sevgiləri o qədər böyükdür ki, hətta dünya rekorduna da imza atıblar. Sevgililər 2016-cı ildə ailə qurub. Toylarından sonra da dünya rekorduna imza atıblar.
Katyucia “boyumuz qısadır, amma qəlbimiz genişdir. Biz dünyaya iki insanın biri-birinin necə sevə biləcəyini göstəririk. Bütün çətinliklərin öhdəsindən birlikdə gəlirik”, – deyib.  Tanışlıqları barədə danışan Katyucia deyib ki, sosial mediada bir müddət ünsiyyət saxladıqdan sonra görüşməyə qərar veriblər. Amma Paulo ona ilk baxışda xoş görünməyb. Paulo isə qıza aşıq olub. Katyucia Paulo ilə daha görüşmək istəməyib və onu sosial şəbəkədə bloklayıb. Amma Paulo inadından dönməyib və nəhayət, Katyucianın qəlbini qazana bilib. Onlar hazırda Ginnesin Rekordlar Kitabında dünyanın ən qısa boylu evil cütlüyü kimi qeyd edilir. “Paulo mənim heç xoşuma gəlmədi. Darıxdırıcı görünürdü. Hətta əsəblərimə toxunurdu. 18 ay onunla danışmaqdan imtina etdim.
Amma onun əl çəkmədiyini gördükdə, yenidən ünsiyyətə başladım və bu dəfə mən də ona qarşı müəyyən hisslər keçirməyə başladım. Münasibətlərimizdən tam əmin olduqda evlənməyə və eyni bölgədə yaşamağa qərar verdik”, söyləyən Katyucia Paulonun ona evlilik təklifi edərkən inana bilmədiyini də deyib. “Qulaqlarıma inanmadım. Dedim bəlkə qızdırması var, sayıqlayır? Hətta ondan “sən ciddi deyirsən? Xəstə deyilsən ki?” soruşdum”. Paulo isə bütün evli cütlüklər kimi onların da bəzən sözlərinin çəp gəldiyini, dalaşıb, barışdıqlarını deyib: “Ən önəmli olan insanın duyğularıdır, 2 insanın düşüncələrinin, xəyallarının üst-üstə düşməsidir”. Paulo məmurdur, Katyucia gözəllik salonu sahibidir. Onlara bəd nəzərlərlə baxanlar da olur, amma böyük sevgilərinə bu əsla təsir etmir, onlar sevgilərindən güc alırlar.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir