evden is

Pandemiyanın qalıcı mirası – Məsafədən iş

Baxış sayı: 530

2000-ci illərlə birlikdə “günlərin bir günü şirkətlər, firmalar öz işçilərini uzaqdan işlədəcəklər” fikri populyarlıq qazanmağa başlamışdı. Ancaq başda qlobal şirkətlər, böyük holdinqlər olmaqla, milyonlarla firma bu fikrə, bu ideyaya ağız büzürdü. Çünki belə bir iş yanaşmasının (remote working, teleworking – uzaqdan işləmə, məsafədən çalışma) səmərəsiz olacağı və şirkətlərin ciddi iş və gəlir itkisi yaşayacağı düşünülürdü.

Amma milyonlarla şirkətin düşündüyünün əksi baş verdi – son 2 ildə uzaqdan işləməyin çox effektiv olduğu sübut olundu. Maraqlı tərəfi odur ki, pandemiya bitdiyi halda, uzaqdan iş prinsipi nəinki aradan qalxmır, əksinə daha da geniş yayılır və yerini möhkəmlədir.

Ekspertlər pandemiyanın iş həyatına qalıcı bir miras qoyduğunu dilə gətirirlər. Bu, heç vaxt dəyişməyəcək bir tendensiyadır. Bunun bir neçə aydın səbəbləri var:

evde is

Birincisi, bu, milyonlarla şirkət və firmanı minlərlə insanın işlədiyi nəhəng ofislərə bağlanmaqdan, nəhəng ofisləri saxlamaqdan, binalar və ofislər üçün böyük məbləğdə vəsait ödəməkdən xilas etdi. Keçən yazdan bəri aparıcı iqtisadiyyatlarda aparılan onlarla araşdırma göstərir ki, bir çox şirkət və ya firmaların ofislərində həftəlik işçilərin orta sayı 25-30 faiz arasındadır. Buna görə də, yeni ofis planı işçilərin kompüterini sistemə qoşa biləcəyi masaları olan açıq iş sahəsi kimi nəzərdə tutulub. Beləliklə, işə gəlməyə ehtiyacı olmayan onlarla insana, iri şirkətlərdə yüzlərlə, hətta minlərlə kvadratmetr boş yerə ehtiyac qalmır.

İkinci böyük təsir – dünyanın hər yerində rahat şəkildə işçilər saxlamaq və işlətmək imkanının yaranmasıdır. Dünyanın aparıcı şirkətləri, inkişaf etməkdə olan şirkətlər çox vaxt güclü “beyinləri” təkcə öz ölkələrində deyil, həm də dünyanın hər yerində, xüsusən də inkişaf etməkdə olan aparıcı ölkələrdə axtarırlar. Keçmişdə pasport, viza, iş icazəsi kimi bürokratik və baha başa gələn prosedurlar ucbatından xaricdəki uğurlu kadrların cəlb olunması hər iki tərəf üçün çətin idi. Ancaq bu gün aşkar edilmiş kadrların öz ölkəsindən işləməyə davam etməsi rahat və mümkündür. Belə ki, şirkətlər və firmalar nəinki xeyli xərcdən xilas olur, həm də həmin şəxsi məvacibinə uyğun daha yüksək maaş vermək əvəzinə, öz ölkələrində aşkarlanan kadrların alıcılıq qabiliyyətinə görə kifayət qədər məqbul olan maaşla çalışdırır.

Ticarət sektorunda, pərakəndə satış, logistika, maliyyə, informasiya texnologiyaları və proqram təminatı şirkətlərində və gündəlik şirkət fəaliyyətinin uzaqdan idarə oluna biləcəyi onlarla sektorda uzaqdan işə keçid qlobal miqyasda 40-60 faiz arasındadır. Hətta istehsal sənayesi üçün də müəyyən miqyasda “ağ yaxalıqlı” işçilər üçün müraciətlər artır.

Əslində, virtual reallıq eynəkləri ilə maşında nasazlığı uzaqdan aşkar edəcək və sözügedən maşının uzaqdan təmirini təmin edəcək proqram və texnologiyalar inkişaf etdikcə istehsal sənayesinin müxtəlif sahələrində uzaqdan işləmə meylinin artacağını söyləmək olar. Elektron ticarət qlobal tutumu və trilyonlarla dollara çatan həcmi ilə son 10 ilin ən populyar və ən sürətlə inkişaf edən sektorudur. Bu sektorda distant işləməyə meyl demək olar ki, 90 faizə çatıb. Robot texnologiyası daha da inkişaf etdikcə, robotların da uzaqdan idarə olunduğu istehsal sənayesinin reallaşmasına, bəlkə də, 10 il qalıb.

evde is

Uzaqdan iş şəraitinin geniş tətbiqi işçilərin hüquqlarını qorumaq üçün yerli hökumətlərdən yeni tendensiyanın spesifik şərtlərini əhatə edən, daha ətraflı hüquqi tənzimləmələr hazırlamağı tələb edir. Uzaqdan işləməyə meylin bu qədər geniş vüsət aldığı bir dünyada bütün işçilərin kadr stajının olub-olmaması, müqavilənin olub-olmaması, işçi hüquqları ilə bağlı adekvat məlumatın olub-olmaması daha intensiv şəkildə izlənilməli olan bir sahədir.

Bu səbəbdən, dövlət orqanının iş yeri ziyarətləri ilə yanaşı, bu yeni dövr üçün iş həyatı yoxlamalarını da uzaqdan həyata keçirməli, uzaqdan çalışan işçilərlə virtual görüşlər təşkil etməli, iş prosesini onlayn şəkildə, görüntülü izləməlidir. Çünki, bu yeni tendensiya “virtual köləlik” nizamı formalaşdıra biləcək dərəcədə risk daşıyan bir sahədir.

 

Müəllif: Kərəm Alkın




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir