GEYIM

Payızın effektli trendi: Dama-dama pencəklər – FOTOLAR

Baxış sayı: 1. 255

Pencək – hər bir qadın şkafının əvəzsiz predmetidir. Artıq bir çox onilliklərdir ki, pencək hər payız dəbdə olmağa davam edir. Tanınmış geyim dizaynerləri modapərəstləri müxtəlif pencək modelləri və fasonlarıyla yorulmadan sevindirir. Eyni zamanda ildən-ilə pencəklərdə müxtəliflik nəzərə çarpır.

Bu il xüsusilə zəngin qəhvəyi ilə boz dama-dama pencəklər aktualdır. Bu iki rəng tərzinizi incəlik və zərifliklə təmin edəcək. Belə dama-dama naxışı soyuq havada effektli təsir bağışlayır.

Dama-dama pencək bütün yaş kateqoriyalarından olan qadınlara yaraşır. Bu, hər zaman eleqant, qeyri-adi və dəbli görünən klassikadır. Daha yaxşı nə ola bilər? Unutmayın ki, bəzi belə naxışlar vizual olaraq sizi daha yoğun göstərə bilər. Bədən quruluşundan asılı olaraq bütün məziyyətlərinizi vurğulayan daha münasib modellər seçərək, pencəyinin köməyi ilə nöqsanları gizlətmək və gözəl qamətli siluet əldə etmək olar. Odur ki, bədənə uyğun modeli seçmək vacibdir.

Pencək seçərkən bədən quruluşunu nəzərə alın. Hündürboylu qızlara daha çox iri və parlaq rəngli dama-dama naxışı uyğun gəlir. Əgər digər geyim elementləri pencəyin çalarıyla uyğun gələrsə, siz sadəcə heyranedici görünəcəksiniz.

Ortaboylu qızlara donuq rəngli və dama-dama naxışı daha kiçik versiyada olan pencəklər yaraşır. Dəstdə rəng uyğunluğu bir-biri ilə ahəngdarlıq təşkil etməlidir. Çünki xoş ahəng uğurun və dəbli obrazın açarıdır.

Dama-dama pencəklə obrazlar müxtəlif və unikal ola bilər. Həndəsi naxışlar bu il son dərəcə populyardır. Nyu-York və London moda həftələrində modapərəsti dama-dama ornamentlərindən yan keçməmişdilər.

Çılpaq bədənə

Герои стритстайÐ

Герои стритстайÐ

Boz, qəhvəyi və yaşıl dama-dama pencəyi çılpaq bədənə geyinməklə ona yeni həyat verə bilərsiniz. Cəsarətli variant əlbəttə ki, ofis üçün nəzərdə tutulmayıb, lakin əyləncə gecələri üçün kifayət qədər uğurlu seçimdir.

 

Dama və zolaq

Герои стритстайÐ

Герои стритстайÐ

İki həndəsi naxışı birlikdə istifadə etmək olar. Küçə stili xornikasının qəhrəmanları bunu öz obrazında sübut edir. Həqiqətən də onların dueti çox gözəl görünür.

 

Başdan-ayağa dama-dama

Герои стритстайÐ

Герои стритстайÐ

Kombinezonlar, pencəklər, şalvarlar və döşəməyə qədər uzanan dama-dama paltarlar sadəcə ayrı-ayrılıqda deyil, eyni zamanda dəst şəklində yaxşı görünür. Öz dama-dama naxış variantınızı seçin və qızıl payızdan zövq alın.

 

İki dama-dama naxış

Герои стритстайÐ

Qarderobda çoxlu sayda dama-adama naxış olanda, eksperimentlərdən qorxmamağı tövsiyə edirik. Burada təvazökarlığa gərək yoxdur, kontrast geyimləri birləşdirin. Belə tandem çox effektli görünür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir