depressiya

Pis xatirələrdən necə qurtulmalı?

Baxış sayı: 1. 240

Pis xatirələrdən qurtulmaq mümkün olacaq. “San Dieqo School of Medicine”də çalışan elm adamları bu işi laboratoriya şəraitindəki siçanlarla sınaqdan keçirdikdən sonra nəticə əldə ediblər.

Elm adamları əvvəlcə siçanın işıqdan qorxması üçün şərait yaradaraq bir təcrübə aparıblar. İşığa doğru gedəndə ayağından elektrik verilən siçan işıqdan qorxmağa başlayıb. Daha sonra neyronlar arasındakı bağlantını qopararaq siçanın bu qorxusuna tamamən qalib gəlməsinə nail olunub. İşin maraqlı tərəfi odur ki, siçanın neyronlarının arasındakı bağlılıq gücləndiriləndə siçan təkrar işıqdan qorxmağa başlayıb, yəni yaddaşında yox olan xatirələr geri gəlib. Bu sınaqla Jim Carreynin məşhur filmi ağla gəlsə də, araşdırmaçılar bunun “Alzheimer” xəstələri üçün istifadə oluna biləcəyini düşünür.

Bu günlərdə isə dünyada pis xatirələrdən qurtulma günü keçirilib. İnsanlar il ərzində ən pis xatirələrini vərəqə yazıb, simvolik olaraq onlardan qurtulurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir