gozellik

Praktik gözəllik tövsiyələri

Baxış sayı: 727

1) Tünd rəngli gözaltı qaraltılar üçün buzlu xiyar maskası

Tünd rəngli göz halqaları üçün xiyarı soyub xırda-xırda doğrayın. Sonra 1 yemək qaşığı ilə birlikdə blenderdən keçirin. Əldə etdiyiniz qarışımı buz qəliblərinə boşaldın və soyuducuya qoyun. Əldə etdiyiniz buz kublarını gözaltınıza qoyub xəfif masaj edin.

 

2) Solmuş saçlar üçün bal, hindistan qozu maskası

4 yemək qaşıq soyuq hindistan qozu yağını qazana qoyun və mikrodalğalı sobada 20 saniyə isidin. 2 yemək qaşığı bal əlavə edin və qarışdırın. Maskanı nəmli saçlarınıza çəkin və təxminən 40 dəqiqə gözləyin. Sonra şampunla saçınızı yuyun. Həftədə 1 dəfə tətbiq etdikdə inanılmaz nəticə əldə edəcəksiniz.

 

3) Makiyaj süngərlərini daşımaq üçün həll yolu

Makiyaj süngərlərini çantanıza qoyarkən çətinlik çəkirsiniz? Süngərin steril qalması üçün plastik yumurta qəliblərindən istifadə edin. Süngərin formasına görə satılan plastik yumurta qəliblərindən alın. Süngərin kiflənməməsi üçün plastik yumurtada dəliklər açın.

 

4) Saç düzləşdirən fenlə saçlarınızı bura bilərsiniz

Saçlarınıza su dalğası vermək üçün düzləşdirici fendən istifadə edə bilərsiniz. Saçlarınızı 3 hissəyə ayırıb hörün və üstündən fenlə keçin. Saçınızı açdıqda dalğalı olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir