Qabirga dolmasi

Qabırğa dolmasını belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 669

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə qabırğa dolmasının hazırlanmasından bəhs edəcəyik.

 

Tərkibi:

500 qram üst pərdəsi alınmamış qabırğa (istədiyiniz böyüklükdə)

1 xörək qaşığı kərə yağı

1 su stəkanı düyü

Bir yarım su stəkanı su

1 dəstə cəfəri

50 qram qaynadılmış və qovrulmuş badam, duz

qabirga dolmasi 1

Hazırlanması:

Əvvəlcə iç plovu hazırlayın. Bunun üçün, kərə yağını qazana qoyub əridin. Yuyulub suyu süzülmüş düyünü, badamı və duzu əlavə edin. 1-2 dəqiqə qovurub, bir yarım su stəkanı su əlavə edin. Qazanın qapağını örtüb az odda plov suyunu çəkənə qədər bişirin. Daha sonra qazanı oddan götürüb, plovun üzərinə az doğranmış cəfəri səpin. Qabırğanın qol qisimi ilə arasındakı boşluğa iç plovu doldurub tikin. Buxarlı qazanda ya da benmari üsulu 6-8 saat bişirib servis edin.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir