Tədqiqatçıları müəyyən ediblər ki, qadınlar öz hormonal fonu sayəsində qrip virusundan kişilərə nisbətən daha yaxşı müdafiə olunurlar.
ABŞ-ın Con Hopkins Universitetinin alimləri bu yaxınlarda qripdən sağalan 200 kişi və 200 yüz qadını müşahidə ediblər. Müəyyən olunub ki, virus qadın və kişi bədənində özünü fərqli aparır. Bu, qadın cinsi hormonu estrogenlə bağlıdır. Onun miqdarı zərif cinsin nümayəndələrində olduqca çoxdur.
Təcrübə zamanı alimlər qripə yoluxan insanların burun seliyindən nümunə götürüb və onu süni estrogen modulyatorunun təsirinə məruz qoyublar. Bu zaman cinsindən asılı olaraq müxtəlif nəticə əldə olunub. Təcrübələr göstərib ki, estrogen təkcə A tipli qripin neytrallaşmasına mühüm təsir göstərmir, o həm də insanın immunçatışmazlığı virusu, Hepatit və Ebola ilə mübarizə aparmaq gücünə malikdir.