kisi-qadin

Qadınların hansı yaşda hansı kişilərə üstünlük verirlər?

Baxış sayı: 466

Qadınların hansı yaşda hansı kişilərə üstünlük verdiyi açıqlanıb. Rusiyada Kişi Sağlamlığı Klinikasının rəhbəri Svetlana Kalinçenko deyib ki, gənc qızları statuslu və təhsilli kişilər cəlb edir.

Bu, həmin kişilərin maddi durumunun yaxşı olması ilə deyil, gənc qızların bu kişilərin yanlarında özlərini təhlükəsiz hiss etmələri və bu kişilərin yaxşı həyat təcrübəsinə malik olduğuna inanmaları ilə bağlıdır.

Yetkin qadınlar əsasən gənc ehtiraslı, şən oğlanlara, məsələn, mühafizəçilərə, fitnes məşqçilərinə, barmenlərə və striptizlə məşğul olan gənclərə üstünlük verirlər. Çünki belə  qadınlara “yüngül və gözəl partnyorlar” lazımdır.

kisi-qadin

Svetlana Kalinçenko bildirib ki, orta yaşlı qadınlar əsasən həyatda özlərini maddi baxımdan təmin etmiş olurlar. Ona görə də onlara maddi dəstək lazım olmur, ailə qurmaları üçün onları intellektual peşə sahibləri, məsələn, hüquqşünaslar və mühəndislər cəlb edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir