geyim

Qarderobunuzu zənginləşdirəcək 5 əsas rəng

Baxış sayı: 1. 103

Həyat tamamilə olmasa da? normala dönməyə başlayan kimi bir az qarderobumuzu sərgiləməyə başladıq. Yaz bitməzdən əvvəl qarderobunuzu zəngin edəcək 5 əsas rəngi sizinlə paylaşırıq.

 

Parlaq çəhrayı

Çəhrayı sevənlər Jacquemusa təşəkkür edə bilərlər. Xüsusilə fransız moda dizayneri Simon Porte Jacquemusun dizaynı ilə son bir neçə yaydır gözümüzü, könlümüzü açan parlaq görünüşlü və göz oxşayan çəhrayı rəng dəbdədir.

 

Qum rəngi

Pantonenun mövsüm rəngləri arasında qum rənginə qarderobunuzda mütləq yer verməlisiniz. Bu rəngdə geyim sizi olduqca təbii göstərəcək.

 

Açıq mavi

Mavi rəngi instaqram ulduzlarının paylaşımlarında, dünyaca məşhur moda evlərinin kolleksiyalarında o qədər gördük ki, bu rəngin lüks bir qarderob üçün nə qədər vacib olduğunu artıq bilirik.

 

Ağ rəng dəbdəbəli görünüş üçün təkcə bu yay deyil, bütün yayların vazgeçilməzi sayılır . Möhtəşəm görünüşülü olmaq üçün başdan ayağa ağ rəngli geyimdən istifadə edə bilərsiniz.

 

Əhəng yaşıl

Bu yayın ən sevilən rənglərindən danışarkən, əhəng yaşılının ilk 5-likdə olması təəccüblü görünə bilər, amma biz onu təsir edən effekt adlandırırıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir