Soyuğu artıq hiss etməyə başlamışıq. Qış aylarının gəlişinə də bir şey qalmayıb. Belə günlərdə isə sağlığımıza, özümüzə diqqət etməliyik. Qışın sevimli yeməyi şorba xəstəliklərlə mübarizə üçün mükəmməl çarədir. “Gencaile.az” Aile.lent.az-a istinadən xəstəliklərlə mübarizə aparan şorba reseptləri təqdim edir. Qış mətbəxinizdə bu şorbaları əskik etməyin.
Quşqonmaz şorbası:
A, B1, B2 və C vitamini ilə zəngin olan quşqonmaz bir çox dərdə dəvadır.
Mərci şorbası:
Qansızlıq insanı əldən salır, gücünü tükədir və xəstəliklərə asan yol açır. Mərci şorbası yüksək nisbətdə fol turşusu və dəmir tərkibli olduğu üçün qansızlığa yaxşı təsir edir.
Tərəvəz şorbası:
İmmunitet sisteminin güclü qalması üçün çox vacib olan tərəvəzlərdir. Buna görə qışda fərqli tərəvəzlərdən şorba bişirməyə tənbəllik etməyin.
Tarhana şorbası:
Tərkibində bol miqdarda A, B və C vitamini, bol fosfor, yod, kükürd kimi bədənə çox faydalı maddələr var. Saymaqla bitməyən faydaları olan tarahana şorbası immunitet sistemi üçün olduqca mühümdür.
Toyuq suyu şorbası:
Tərkibində olan B3 və B6 vitaminləri ilə immunitet sisteminə faydalıdır.
Yaşıl mərci şorbası:
Yaşıl mərci fol turşusu qaynağı olaraq bilinir və B vitamini ilə olduqca zəngindir.