temperatur

Qızdırmanı təbii yolla necə aşağı salmalı?

Baxış sayı: 1. 491

Müxtəlif xəstəliklər nəticəsində yüksələn temperatur bədəndə ciddi ziyanlara səbəb ola bilir.

Yüksək temperaturun gəlişini xəbər verən ən əsas əlamətlər isə üşümə hissi və bədənin nəzarət edilə bilməyəcək şəkildə titrəməsidir deyən mütəxəssislər bu qarışıqların yüksək atəşi salmağa təsirli olduğunu bildirir:

 

Pambıq toxumu: 1 litr suyun içinə 1 ovuc pambıq toxumu qatıb süzün və gündə 3 dəfə bir şorba qaşığı üçün.

Qərənfil çiçəyi: Bir litr suyun içinə bir ovuc qərənfil çiçəyi atın. Sonra süzərək gündə 3 dəfə iki şorba qaşığı üçün.

Sirkə: Xəstənin başına sirkə ilə isladılmış və çox sıxılmamış bir tənzif bağlayın.

Balqabaq: Bir litr suyun içinə incə doğranmış bir ovuc balqabaq qatıb qaynadın. Daha sonra süzərək gündə 3 dəfə bir çay stəkanı için.

Cəfəri: Bir litr suyun içinə bir ovuc incə doğranmış cəfəri qatıb qaynadın. Daha sonra süzərək gündə 3 dəfə bir çay stəkanı için.

Bənövşə yarpağı: Bir litr suyun içinə bir ovuc bənövşə yarpağı qatın. Daha sonra süzərək gündə 3 dəfə bir qəhvə fincanı için.

Sarımsaqlı qatıq: Xəstənin bədəninə bol miqdarda sarımsaqlı qatıq sürün. Qatığın qurumasından sonra təmiz və ilıq bir bezlə bədənini silin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir