Son günlərin ən çox yayılan xəstəliklərindən biri də qizılca virusudur. Xəstəliyin ötürülmə yolu hava damcı olsa da, xəstənin toxunduğu əşyalarda, səthlərdə qısa müddət ərzində qaldığı üçün bu yolla da yoluxma mümkündür. Qızılca uşaqlarda özünü aşağıdakı əlamətlərlə göstərir:səpgilərdən 3-5 gün öncə 38-39 dərəcə, bəzən isə daha yüksək hərarət, halsızlıq, əzginlik, iştahın pozulması, baş ağrıları, belğəmli, bezi hallarda inaq tipli öskürək, gözlərdə şişkinlik, qızartı. ifrazat, işıqdan qorxma, əsnəkdə qızartı, badamcıqların böyüməsi, udqunma zamanı ağrı hissiyatı və yanağın selikli qişasında – azı dişləri bərabərində Filatov koplik ləkəsi (ağ və qıraqları çəhrayı haşiyəli).Onu da qeyd edim ki, bu ləkə qızılca səpgisi yarandıqdan sonra itmiş olur. 3-5 gün çəken bu şikayətlərdən sonra isə artıq qızılcanın etaplı səpgiləri başlayır. Sepgi ilk öncə qulağın arxasına, üzə, 2-ci gün boyun nahiyəsinə, yuxarı ətraflara, sinəyə, qarına, kürəyə, 3-4-cü gün isə aşağı ətraflara yayılmış olur. Səpgi artdıqca temperatur daha da güclənir və davamlı olur. Hərarət salıcı dərmanların verilməsinə baxmayaraq demək olar ki, normala enmir. Bədənin bütün nahiyələri səpdikdən sonra hərarət də yavaş- yavaş enməyə başlayır və səpgilər başladığı yerdən də mərhələli şəkildə solmağa başlayır.
Xəstəlik virus infeksiyası olduğu üçün müalicədə antibiotiklərdən istifadə edilmir. Yalnız prosesə ikincili bakterial infeksiya qoşularsa, bu halda müalicədə antibiotik istifadə edilə bilər. Qızılcanın xüsusi müalicəsi yoxdur. Müalicə yalnız simptomatik əlamətə görə aparılır. Qızılca zamanı önəmli olan A vitamininin verilməsidir ki, bu da xəstəni baş verə biləcək ağırlaşmalardan-pnevmoniya, otit, meningit, ensefalit və korluqdan qoruyur. Xəstəlik zamanı müalicə tədbirlərinə yataq rejimi, uşağın A vitamini ilə zənginləsdirilmiş qidalardan (Süd və süd məhsulları, gül kələmi, brokkoli, portağal mandarin, kök, balqabaq) istifadəsi,bol maye qəbulu tövsiyə edilir. Xəstəliyin profilaktikası 1və 6 yaşında vurulan QPM peyvəndi ilədir. Əgər 1yaşında müəyyən səbəblərdən peyvənd edilməyibsə, 4 yaşadək, 6 yaşında edilməyibsə, 10 yaşadək peyvəndləşmə aparıla bilər. Əgər usağa 2 dozanın heç biri vurulmayıbsa və uşaq 6-10 yaş aralığındadırsa, o halda minimum 28 gün fərqlə bu peyvənd vurula biler. Peyvənddən öncə uşaqlar mütləq həkim müayinəsinden keçməlidirlər. Əgər uşaqda hər hansı şikayət – asqırma, öskürmə, temperatur, ishal, qusma və s. şikayət olarsa, bunlar peyvənd üçün nisbi əks göstəriş sayılaraq müəyyən müddətə təxirə salınır.
Uşaq tam sağaldıqdan sonra peyvəndləşmə aparılır. Xəstəlikdən qorunma yoluna gəldikdə peyvənddən başqa qorunma yolu yoxdur. İlk peyvənd 93faiz, 2-ci peyvənd isə 97 faiz hallarda uşağı qızılcadan qorumuş olur. Ümumi qorunma tədbirlərinə gəldikdə isə bütün virus infeksiyalarında olduğu kimi gigiyenik tədbirlərin (əllərin yuyulması, buruna tez tez dəniz suyu tərkibli damcıların və ya spreylərin vurulması, otağın havasının dəyişdirilməsi və s.) aparılması vacibdir .
Pediatr Xəyalə Quliyeva
Qızılca çox asanlıqla yayılan və bəzi insanlarda ciddi problemlər yarada bilən bir infeksiyadır. Bu səbəbdəb həkim rəyinə diqqətlə yanaşmaq lazımıdr
Bilmirəm, nəyə görə bu il qızılca yayılmasından panika yaranıb? Qızılcanı bütün uşaqlar keçirir. Həmişə olub, olacaq da.
Ətraflı izah üçün həkimə minnətdaram