TEST

Ruh halını müəyyən etməyin yolu – TEST

Baxış sayı: 549

Hamımız bəzən özümüzü yorğun hiss edirik. Bəzən enerjimizi bərpa etmək üçün kifayət qədər yatmaq və ya dostlarla bir axşam keçirmək kifayətdir. Bəzən də elə olur ki, bütün bunlar itirilmiş enerjini bərpa etmək və güc toplamaq üçün kifayət etmir. Mütəxəssislərin fikrincə, əgər özünüzü daim yorğun və əzgin hiss edirsinizsə, çox güman ki, bu, artıq xroniki vəziyyətə çevrilib və təəssüf ki, onunla mübarizə aparmaq daha çətindir.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, yapon professoru Akioşi Kitaoka onun sayəsində hər kəsin öz yorğunluğunun dərəcəsini öyrənə biləcəyi xüsusi bir test hazırlayıb. Bunun üçün sadəcə olaraq optik illüziyaya baxmaq və aşağıdakı suala cavab vermək kifayətdir. Verdiyiniz cavablar həm ruh halınızı, həm də istirahətə nə qədər ehtiyacınız olduğunu müəyyənləşdirməyə kömək edəcək.

Bu şəkilə baxın. O statikdir və ya hərəkət edir?

Японский тест на усталость: насколько сильно вам нужен отдых?

a) Hərəkətsizdir.

b) Yavaş-yavaş hərəkət edir.

c) Sürətlə hərəkət edir.

Cavablar

a) Bu şəkil həqiqətən statikdir. Və cavabınız onu göstərir ki, narahat olmaq üçün heç bir səbəb yoxdur. Bir qayda olaraq, sağlam psixoloji vəziyyəti olan, vaxtında istirahət edən və ruhən sakit insanlar statik bir görüntü görürlər.

b) Bu şəkil animasiya deyil, statikdir. Əgər sizə görüntünün yavaş-yavaş hərəkət etdiyi görürsünüzsə, bu, orta yorğunluq vəziyyətində olduğunuzu göstərir. Həqiqətən fasilə verməlisiniz: ən azı bir neçə gün tətil edin, rasionunuzu və yuxunuzu tənzimləyin, gündəlik işlər və məlumat axını ilə “əlaqəni kəsin”. Vəziyyətiniz daha da pisləşməsi istəmirsinizsə, yaxın gələcəkdə bunu etməyə dəyər.

c) Bu şəkil animasiyalı deyil, statikdir. Əgər görüntünün hərəkətdə olduğunu, hətta sürətlə getdiyini düşünürsünüzsə, bu, stress və ciddi pozğunluq vəziyyətində olduğunuzu göstərir. Bu yorğunluq sindromu onu deməyə əsas verir ki, artıq bir mütəxəssisə müraciət etməlisiniz və ya hər hansı tibb müəssisəsində istirahət proqramlarına yazılmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir