yanacaq

Yanacağı özümüz doldursaq, qiymətlər nə qədər aşağı düşəcək?

Baxış sayı: 470

Bəzi ölkələrdə operatorlar benzin almağa kömək edir, bəzi ölkələrdə alıcı benzini özü doldurur. Xaricdə, xüsusən də Amerikada sürücülər self-servis deyilən üsulla benzini özləri dolduraraq alır, Türkiyədə hələ də yanacağı xüsusi operatorlar doldurur.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, avtomobil ixtira edildikdən sonra insanlar yanacaqlarını apteklərdən ala bilirdi. 1800-cü illərin sonlarında Saylvanus Bouser tərəfindən yanacaq nasosunun ixtirası hər şeyi kökündən dəyişdi. Bundan sonra avtomobilə yanacaq doldurmaq daha asan və daha sürətli olmağa başladı. Sərfəli qiymətlərlə avtomobillərin kütləvi istehsalına başlanması və bunun nəticəsində insanların daha rahat avtomobillərə sahib olması ilə yanacaqdoldurma məntəqələri də sürətlə artmağa başladı.

Əvvəllər bütün yanacaqdoldurma məntəqələri eyni idi. 1970-ci illərə qədər işləyən stansiyalar həmin dövrdə yanacağın qiymətinin artması səbəbilə ilə bağlanmağa başladı. İstehlakçıların ucuz benzinə ehtiyacı self-servis yanacaqdoldurma məntəqələrinin yaranmasına səbəb oldu. Bununla da qiymət artımını bir az da azaltmaq mümkün oldu.

 

Mən yanacağı özüm doldursam, nə qədər qazanc əldə edəcəm?

Bizə nisbətən əmək xərclərinin yüksək olduğu ölkələrdə, özünəxidmət məntəqələrində avtomatlaşdırma sisteminin köməyi ilə çox az adam işlətməklə stansiyanı idarə etmək mümkündür. Bu, əməliyyat və personal xərclərinə böyük qənaət etməklə stansiyanın mənfəət marjasını artırır.

 

Üstünlükləri və mənfi cəhətləri hansılardır?

Qeyd etdiyimiz qazancdan başqa, yanacaq növbəsi olmadan yanacağı tez əldə etmək vaxta qənaət baxımından üstünlük deməkdir. Yaşlıların və əlillərin istifadəsi üçün çox çətinlik yaratması səbəbindən dezavantajdır. Bu, təkcə yanacaqdoldurma məntəqələrində belə deyil. Avropa və Amerikada xidmət sektorunda əmək xərcləri bizdən daha yüksəkdir. Bu vəziyyətin təsiri ilə yanacaqdoldurma məntəqələri ilə yanaşı bir çox yerdə “Özün et” mədəniyyəti özünü göstərir. Məsələn, bu mədəniyyət sizi zibilinizi özünüz atmağa məcbur edir, çünki hamburger dükanları kimi müxtəlif restoranlarda əlavə işçilər işləmir.

 

Qiymətləri aşağı salacaqsa, niyə özümüz yanacaq doldurmayaq?

Operator vəzifəsinin aradan qaldırılması və yanacaqdoldurma məntəqələrinin avtomatlaşdırılması istehlakçının xərclərini azaltmaqla yanaşı, yanacaqdoldurma məntəqəsinin mənfəət marjasını artıracaq.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir