YUXU

“Səhər narahatlığı” nədir və simptomları hansılardır?

Baxış sayı: 474

Gündüzləri narahat şəkildə yuxudan oyanırsınızsa, “səhər narahatlığı” problemi yaşamış ola bilərsiniz. “Səhər narahatlığı” nədir? Sizdə simptomları varmı? Əgər varsa, bunun öhdəsindən necə gəlirsiniz?

Bəzi səhərlər gözümüzü ilk açanda həyatın qayğıları ilə qarşılaşırıq. “Bu gün pis gün yaşayacağam”-deyə düşünürük və belə də olur. Bəzən, bu hisslər günün ilk bir neçə saatı davam edir, bəzən gün boyu yayılır və işgəncəyə çevrilir. Əgər səhər narahat əhval-ruhiyyə ilə oyanırsınızsa, səhər narahatlığınız ola bilər. Bunu əslində beynimizin bizi qorumaq üçün ifraz etdiyi hormonlar yaradır.

 

Səhər narahatlığı tam olaraq nədir?

Tibbi termin olmayan səhər narahatlığı stres və narahatlıq hissi ilə oyanmaq deməkdir. Əgər səhərlər həddindən artıq stress və narahatlıqla qarşılaşırsınızsa, sizdə ümumiləşdirilmiş narahatlıq pozuqluğu da ola bilər. Ancaq bu vəziyyət yalnız səhərlər baş verirsə və sizdə bəzi simptomlar varsa, çox güman ki, səhər narahatlığınız var. Oyandığınız zaman narahat, əsəbi, əsəbi və ya yorğun hiss edirsiniz, əzələləriniz gərilir, sinə sıxışması, yüksək ürək atışı, tənəffüs çətinliyi kimi panik atak əlamətləri, diqqət problemləri, baş ağrısı, ürəkbulanma, titrəmə, emosiyaları idarə etməkdə çətinlik yaşayırsınızsa, sizdə səhər narahalığı var.

Səhər narahatlığına bir çox amillər səbəb ola bilər. Stress hormonu adlanan kortizol qorxu və ya stresə qarşı böyrəküstü vəzilər tərəfindən ifraz olunur. Araşdırmalar göstərib ki, həyatlarında yüksək stress keçirən insanlarda oyandıqdan sonra ilk saatda kortizol səviyyəsi ən yüksək olur.

Narahat yatırsınızsa və ya gecə narahat düşüncələrlə oyanırsınızsa, səhərlər çox güman ki, özünüzü narahat hiss edəcəksiniz. Yatmamışdan əvvəl, gələcək imtahan, edəcəyiniz təqdimat və ya işdə sizə stress yaradacaq bir şey kimi düşüncələrlə mübarizə aparırsınızsa, çox güman ki, yuxudan oyananda bu narahatlıq səviyyəsi daha da çox olacaq. Çünki vücudunuz sizə enerji vermək üçün çox yüksək səviyyədə kortizol hormonu ifraz edib və bu yüksək səviyyəli hormon sizdə daha çox narahatlıq hissi keçirməyə səbəb olub.

 

Səhər narahatlığının qarşısını necə ala bilərik?

Bütün digər psixoloji problemlərdə olduğu kimi, mütəxəssislə məsləhətləşmək vacibdir. Bundan əlavə, özünüz edə biləcəyiniz bəzi şeylər var. Kofein və şəkər narahatlıq əlamətlərini artıra bilər. Qida çatışmazlığından qaynaqlanan aşağı qan şəkəri narahatlığı daha da pisləşdirə bilər. Buna görə də, balanslaşdırılmış və nizamlı qidalanma narahatlığın qarşısının alınmasında böyük rol oynayır. Kifayət qədər yatmaq, çox spirtli içki qəbul etməmək, nəfəs məşqləri etmək, işdə və evdə stressi artıracaq vəziyyətlərdən qaçmaq, sosial media kimi stimullaşdırıcılardan qaçaraq özünüzə vaxt ayırmaq, günü planlaşdırmaq, fiziki fəaliyyət, meditasiya kimi yollara müraciət edə bilərsiniz.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir