krevetka

Sarımsaqlı krevetkanı belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 981

 “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə sarımsaqlı qızardılmış krevetkanın hazırlanma qaydasından bəhs edəcəyik.

 

İnqrediyentlər

2 x.q. yağ

32 ədəd krevetka

1 diş sarımsaq

4 x.q. zeytun yağı

zövqə görə cəfəri

zövqə görə duz, istiot

 

Hazırlanma mərhələsi

Krevetkaları yaxşıca təmizləyib, yumaq lazımdır. Sarımsaq təmizlənir, doğranılır. Tava qızdırılır, zeytun yağı əlavə edilir və krevetkalar burada hər üzü 3 dəqiqə olmaqla qızardılır. Qızaran krevetkaların üzərinə sarımsaq əlavə edilir. Birlikdə bir az sotelənir. Daha sonra yağ bura əlavə olunur. Bişirilməyə davam edilir. Duz, istiot səpilir. Bişdikdən sonra doğranmış cəfəri ilə servis edilir.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir