HEDIYYE

Sevdiyiniz‌ ‌qadın‌ ‌hansı‌ ‌hədiyyələrdən‌ ‌məmnun‌ ‌qalar? – KİŞİLƏRİN MENYUSUNA‌

Baxış sayı: 738

Hər bir qadın öz sevdiyi kişisindən özəl günləri üçün hədiyyə gözləyir.

Olğun insan hədiyyənin dəyərinə yox, onun mahiyyətinə fikir verir. Başqa sözlə həmişə nə isə bir əşya hədiyyə etməyə ehtiyac yoxdur.

Sizə sevdiyiniz qadının razı qalacağı bir sıra hədiyyələr siyahısını təqdim edirik:

 

Romantik istirahət günləri

Başınızdan material hədiyyə fikrini çıxardın. Əgər o, həmişə az vaxt keçirdiyiniz barədə şikayət edirsə, deməli bu məsələni həll etmək lazımdır. İstirahət günlərinə hansısa rayonda və ya istirahət mərkəzində ev icarəyə götürün.

Belə hədiyyə zamanı sürpriz etməyin. Bu barədə ona deyin. Nəticədə birlikdə keçirəcəyəniz istirhət günləri ilə birlikdə onun əhvalı həmin tarixə qədər də yüksək qalacaq.

Çalışın birgə keçirdiyiniz zamanlarda telefon zənglərinə və digər bildirişlərə az cavab verin.

 

Analoqu olmayan suvenir

Günümüzdə onun üçün xüsusi və analoqu olmayan hədiyyə hazırlaya biləcək bacarıqlı usta var. Onun özünəməxsus hobbisi var? Rəqs etməyi, idmanla məşğul olmağı, skripkada ifa etməyi və ya kəpənək tutmağı xoşlayır? Ona balaca kəpənək və skripka fiquru, özünə bənzəyən oyuncaq və s. hədiyyə et.

 

İdeal gün

Bu gün onun nöqteyi-nəzərindən əla olmalıdır. Sevdiyin qadın bu günün necə olmaq istədiyini öyrən. Bunun üçün onun ən az xəbərçilik edən rəfiqəsinə kömək istəyə bilərsiniz.

Səhər yuxudan ayılanda ona böyük çiçək buketi hədiyyə et, sonra qəlyanaltı hazırla, gözəllik salonuna və ya spa-salona getməyə imkan yarat, gəzintiyə çıx, axşam isə gözəl mənzərəsi olan kafe və ya digər iaşə obyektində zaman keçirin.

Bunun hamısı sizə darıxdırıcı gələ bilər. Lakin bilməlisiniz ki, bu sizin yox, onun ideal günü olmalıdır.

 

Kvest-hədiyyə

Ona hədiyyəni tapmaq üçün kvest təşkil edin. Rebuslar, şifrəli mesajlar yazın və hədiyyəni tapmaqda kömək edin. Bunun üçün mütəxəssislərə də müraciət edə bilərsiniz.

Kvest ərzində ona kiçik həsiyyələr də etmək olar. Lakin onların fonunda final hədiyyə möhtəşəm olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir