USAQ

Qohumların övladlığa uşaq götürməsi ilə bağlı hansı güzəştlər var?

Baxış sayı: 660

Azərbaycanda övladlığagötürmə asanlaşdırılır. Bu Ailə Məcəlləsində dəyişiklikdə öz ə qohumların övladlığa uşaq götürməsi ilə bağlı hansı güzəştlərin ksini tapıb. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, prezidentin 2018-ci ildə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilib və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılıb.

Dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

valideyn

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər verilən cavaba görə, uşağı övladlığa götürmək istəyən qohumlardan övladlığa götürmə ilə bağlı bəzi mərhələlərdən keçmək tələb olunmur: “Övladlığa götürmək istəyən qohum şəxslər təlimlərə cəlb edilmir. Övladlığa götürmək istəyən şəxsə uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi prosesi də qohumlara şamil olunmur. Bu şəxslərə övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili tətbiq edilmir. Həmçinin övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsə evində yerləşdirilməsi kimi mərhələ də tətbiq olunmur”.

Sosial Xidmətlər Agentliyindən bildirirlər ki, müvafiq qanunvericiliyə əsasən bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları uşağa münasibətdə yaxın qohum hesab edilir. Agentliyin məlumatına görə, 01.11.2019-cu il tarixindən sonra ümumilikdə 32 uşaq övladlığa verilib, onlardan 21-i yaxın qohumlar tərəfindən övladlığagötürmə halıdır. O ki, qaldı yaxın qohumların övladlığa uşaq götürməyə marağına,Agentlikdən bildirdilər ki, yaxın qohumlar tərəfindən övladlığagötürmə üzrə müraciətlər ümumi müraciətinin 35%-ni təşkil edir. Bu isə uşaqların yaxın qohumları tərəfindən övladlığa götürülməsinə marağın yüksək olduğunu deməyə əsas verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir