2024

Sıçrayış ili 2024: Niyə ondan qorxurlar?

Baxış sayı: 324

Julian və Qriqorian təqvimlərində hər dördüncü il bir gün daha uzun olur, bu hadisə Yer planetinin Günəş ətrafında tam dövretməsinin 365 günə deyil, 365 gün 5 saat 46 saniyəyə başa çatması ilə bağlıdır. 29 fevral olan il sıçrayış ili adlanır. Bu illə əlaqəli bir çox xurafat və əlamətlər var. Bu dövrdə yeni işlərə başlamaq, evlənmək və ya planlarınızı bölüşmək tövsiyə edilmir. Sıçrayış ili ilə əlaqəli bir sıra əlamətlər və xurafatlar “İzvestiya” materialından sizin üçün tərcümə etmişik:

 

2024-cü il Sıçrayış ilidir? Neçə gün davam edəcək?

“Sıçrayış ili” anlayışı latınca bis sextus (“ikinci altı”, yəni 365 gün deyil, 366) ifadəsindən gəlir. Bir çox insanlar sıçrayış illərini şanssız hesab edirlər. Bu xurafat bizə Şərq mədəniyyətindən gələ bilər, çünki orada dörd rəqəmi (sıçrayış ili dörd ildə bir dəfə baş verir) “ölüm”lə uzlaşır. Eyni zamanda, belə də deyirlər ki, yaxşı şeylər düşünsəniz və qorxmasanız, sıçrayış ili də xoş sürprizlər gətirəcəkdir.

Əlavə bir gün olan il Qriqorian təqviminin Günəş sistemi ilə tam uyğunsuzluğundan yaranır. Məsələ burasındadır ki, Yer Günəş ətrafında 365 günə deyil, 365 gün, 5 saat, 46 dəqiqə, 48 saniyəyə tam dövr edir. Dörd il ərzində günlərimizi Yer və onun fəsilləri ilə sinxronlaşdırmaq üçün lazım olan “əlavə” gün toplanır.

 

Julian təqvimindən Qriqorian təqviminə

Julian və Qreqorian təqvimlərində Sıçrayış ilinin əlavə günü fevralın 29-dur. Məsələ burasındadır ki, eramızdan əvvəl 45-ci ildə Yuli Sezar Sosigenin başçılıq etdiyi İsgəndəriyyə astronomları tərəfindən hazırlanmış təqvimi təqdim edib. Onlar astronomik ilin təqribən 365,25 gün olduğu qənaətinə gəliblər. Təqvim Julian təqvimi adlandırılmağa başladı və yığılmış saatları kompensasiya etmək üçün sıçrayış ili təqdim edildi; üç il 365 günə, dördüncü il isə 366 günə bərabər idi.

Bununla belə, Sezardan əvvəl romalılar kompensasiya etmək üçün hər üçüncü ilə əlavə 22 günlük bir ay əlavə etmişdilər. Sosigen daha rahat xronologiya ilə gəldi. Onun Julian təqvimi 365 gündən ibarət idi və hər dördüncü ildə bir gün artırdı.

Qriqorian təqvimi Papa XIII Qriqorinin hakimiyyəti dövründə ortaya çıxdı. O zaman saray astronomları Yerin Günəş ətrafında tam fırlanma müddətini yenidən hesabladılar və nəticədə əldə olunan rəqəmin tam gündən bir qədər az olduğu qənaətinə gəldilər. Yenə də bu fərqi hər 400 ildən bir üç gün qısaltmaqla kompensasiya etməyə qərar verdilər. O vaxtdan bəri Sıçrayış ili qalıqsız dördə bölünən il hesab olunur.

Müasir astronomiya dövründə elm adamları belə qənaətə gəliblər ki, Yer kürəsi hər yeni illə saniyənin mində ikisi (0,002) daha yavaş fırlanır. Onlar yenidən bu kiçik uyğunsuzluğu kompensasiya etmək qərarına gəliblər, buna görə də 30 iyun 2012-ci ildə dünya vaxtına yeni bir vahid əlavə edildi – sıçrayış saniyəsi.

Sıçrayış ili ətrafında çoxlu xurafatlar və inanclar var. Sıçrayış illərinin bəşəriyyətə bəlalar və fəlakətlər gətirdiyinə inanılır, buna görə də bu zaman sakit və təmkinli davranmaq lazımdır. Bu cür inanclar elmi cəhətdən sübut olunmamışdır.

Məşhur inanclara görə, Sıçrayış ili ərzində işinizi dəyişə bilməzsiniz, əks halda yeni yerdə çox qalmayacaqsınız, bundan başqa öz biznesinizi qurmağı və ya yeni ev almağı məsləhət görmürlər. Xurafatçılar hətta təmir etməkdən də qorxurlar. Ən əsası isə yaxınlarınızdan başqa heç kimə qarşıdan gələn Sıçrayış ili üçün planlarınız barədə danışmamalısınız, əks halda onlar gerçəkləşməyəcək. Siz həmçinin ev heyvanları saxlamaqdan, səyahət etməkdən və evlənməkdən çəkinməlisiniz.

Yeri gəlmişkən, bəzi mədəniyyətlərdə, xüsusən də şərqi slavyanlarda baş verən hər şeyə görə günahı Müqəddəs Kasyana aid etmək adətdir, çünki 29 fevral Kasyanın günü hesab olunur. O, fevral ayının 29-da doğulub və sağlığında tam müsbət xarakter olmasına baxmayaraq, ölümündən sonra nədənsə ad qazanıb. Hətta belə bir deyim var: “Kasyan nəyə baxsa, o şey quruyur”.

Fevralın 29-da insanlar evlərini tərk etməməyə çalışırdılar, çölə çıxarkən xəstələnməkdən və hətta ölməkdən qorxurdular. Fevralın 29-da doğulanların taleyinin çətin olacağı proqnozlaşdırılırdı.

Qeyd edək ki, 2024-cü ilin simvolu Şərq mədəniyyətində “kiçik əjdaha”dır. Əslində inanclara görə, əjdaha adı altında bir il bizə böyük xəyal qırıqlığı gətirməməlidir, çünki o, ətrafındakı hər şeyin onun dincliyini və azadlığını pozmadığını diqqətlə izləyir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir