tort

Şokoladlı “mərmər peçenye” necə hazırlanır? – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 494

Çayın yanına şokolad dadında və görünüşüylə qonaqlarınızı heyran edəcək peçenye hazırlaya bilərsiniz. “Gencaile.az” saytının “Şirin süfrə” rubrikasında oxucularımıza instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən şokoladlı mərmər peçenyenin reseptini təqdim edirik.

 

Şokoladlı mərmər peçenyenin tərkibi:

150 qr un

200 qr şəkər kirşanı

60 qr kakao

2 ədəd yumurta

60 qr kərə yağı

8 qr qabartma tozu

çimdik duz

2 çay qaşığı vanil

bulamaq üçün şəkər kirşanı

 PECENYE

Şokoladlı mərmər peçenyenin hazırlanma qaydası:

Bir qabda un, duz, şəkər tozu, kakao, şəkər kirşanı, qabartma tozu və vanili ələyib qarışdırın. Yumşaldılmış kərə yağını mikserlə çırpın. Üzərinə yumurta əlavə edib çırpmağa davam edin. Ələnmiş quru qarışıqları az-az xəmirə əlavə edib çırpın. Xəmiri streç salafana büküb yarım saatlıq soyuducuya düzün. Daha sonra xəmirdən kiçik toplar şəklində yuvarlayıb şəkər kirşanına bulayın. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 12 dəqiqə bişirin.

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir