menzil

Sosial mənzil layihəsində vəziyyət necədir?

Baxış sayı: 556

Yadınızdadırsa, bir müddət əvvəl Türkiyədə Cümhuriyyət tarixinin ən böyük sosial mənzil layihəsi 362 milyard lirəlik (36 milyard manatlıq) investisiya ilə həyata keçiriləcəyi açıqlanmışdı. Prezident Ərdoğanın açıqladığı layihə 1,5 trilyon lirədən çox iqtisadi gəlir gətirəcək və 100 min adamın işlə təmin olunmasında rol oynayacaq. Qeyd edək ki, Cümhuriyyət tarixinin ən böyük sosial mənzil layihəsi 362 milyard lirəlik investisiya ilə həyata keçiriləcək. Sosial mənzil layihələri çərçivəsində son 20 ildə TOKİ (Kütləvi Mənzil İdarəsi) vasitəsilə 1 milyon 170 min ev inşa edib. Respublika tarixində ən böyük sosial mənzil layihəsi ilə ilk dəfə bir anda 250 min ev tikiləcək. Layihənin birinci mərhələsi ilə 1 milyondan çox insanın mənzillə təmin olunması nəzərdə tutulur.

Azərbaycanda da bir neçə il əvvəl sosial evlər layihəsi gündəmə gəldi. Amma bu sahə ilə bağlı narazılıqlar səngimək bilmir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, Bakı şəhərindən mənzillərin qiyməti hər ay artır. Bu da evi olmayan insanların ev almasında çox ciddi problemlər yaradır:

elnur ferzeliyev

“Vətəndaş, o ev pulunu toplayıb ala bilmir. Bu problemlərin aradan qaldırılması üçün bir sıra dövlət layihələri həyata keçirilirdi. Bunlardan biri də Mənzil İnşaatı Dövlət Agentliyinin tikdiyi sosial mənzillər idi. Sosial layihədə tikilən evlərdə olan qiymətlər həmin ərazilərdə olan digər evlərlə müqayisədə ucuzdur. Demək olar ki, çox sayda insan sosial ev layihəsində ev ala bilsə də, növbələrdə minlərlə insanlar var. Çünki sosial layihəli binaların maya dəyəri aşağı olduğuna, yəni binanın tikildiyi torpaq sahəsi döblət tərəfindən verildiyinə görə, sadəcə tikinti və təmirə vəsait xərcləndiyinə görə, mənzillərin ümumi qiyməti çox aşağı idi. Tutaq ki, Yasamal rayonu əraizsində MİDA-nın tikdiyi mənzilin 1 kvadratmetrinin qiyməti ortalama 900 manatdırsa, ora yaxın Şərifzadə küçəsində təmirli mənzillərin bir kvadrat metri 1500-1800 manat arasında dəyişir. Bu səbəbdən də imkansız ailələr, sosial kateqoriyada mənzil düşən insanlar ev almağa çalışırlar. Həmin binalarada ev almaq hər kəs üçün əlçatan deyil”…

Ekspert bildirir ki, MİDA layihələrində sosial kateqoriyaları şəxslər iştirak edə bilərlər. Onun sözlərinə görə, əslində belə layihələrin sayı çox olmalıdır. Çünki hər kəs bu kateqoriyalara uyğun deyil. Evi olmayan, kirayələrdə qalan, lakin digər sahələrdə çalışan şəxslər var ki, onlar da mənzil sahibi olmaq istəyirlər: “Buna bənzər digər layihə isə, Dövlət İpoteka Kredit və Zəmanət Fondunun nəzdində olan mənzillərin kirayə öhdəliyi üzrə satışıdır. Burada da qiymətlər əlçatandır. Çünki qiymətlər yeni tikilmiş binalardakı mənzillərin qiymətindən nisbətən aşağıdır. Halhazırda 3 ərazi üzrə satış həyata keçirilir. Xətai rayonu, Suqayıt və Xırdalan şəhərlərində satış həyata keçirilir”.

Elnur Fərzəliyev deyir ki, bu mənzili insanlar alır. Çünki mənzilin ilkin ödənişi mənzilin bir aylıq kirayə haqqının 12 mislidir. Qalan ödəniş isə 25 ilə qədər ödəyə bilərlər. Yəni Türkiyədə olduğu kimi Azərbaycanda da layihələr var. Baxmayaraq ki. son zamanlar MİDA-nın fəaliyyəti o qədər şəffaf görünmür, amma buradan da münasib qiymət ev alanlar var. Yaxşı olardı ki, belə layihələr təkcə xüsusi kateqoriyalaır inşaları deyil, hər kəsi əhatə edəydi. Məsələn kirayə mənzil alan zaman şərtlər bir qədər də yumşaldıla bilər.

 

İlahin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir